Media orqanı təsis etməyin yeni qaydaları müəyyənləşir

09 iyul, 2021 15:01

Müşfiq Ələsgərli: “Layihənin bir xüsusiyyəti də ondan ibarətdir ki, orada jurnalistin statusuna aydınlıq gətirilir...”

Azərbaycanda media orqanı təsis etməyin yeni qaydası müəyyənləşir. Belə ki, ölkədə hüquqi şəxslərin bir neçə mediası ola biləcək. Bu, “Media haqqında” Qanunun ilk versiyasında əksini tapıb. Layihəyə əsasən, bir hüquqi şəxs sayt və çap mediası təsis edə biləcək. Belə olan halda hüquqi şəxslər əlavə vergi prosedurlarını həyata keçirməkdən azad olacaq.

Bəs yeni layihənin KİV üçün hansı əhəmiyyəti olacaq?

Mövzu ilə bağlı media eksperti Müşfiq Ələsgərli “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, layihə çoxşaxəlidir: “Qeyd edim ki, qanunun əhatə dairəsi böyükdür. Yəni burada KİV-lərin bütün qolları əhatə olunur. Bildiyiniz kimi, əvvəlki qanunda onlayn medianın fəaliyyəti tənzimlənməyib. İndi isə bu qanun bütün qolları əhatə edir və bu həm ölkə, media ictimaiyyəti, həm də həmin  onlayn KİV-lərin özləri üçün vacib məsələdir, çünki onların statusları müəyyənləşir. Beləliklə də  onların strukturlarına aydınlıq gəlir ki, bunlar hansı formada struktura malikdirlər, piarlar necə olmalıdır və sairə.

Müşfiq Ələsgərli

Bildiyiniz kimi, əvvəllər bu məsələdə müəyyən sui-istifadə halları var idi. Kimlərsə yalançı KİV-ləri  yaradaraq, medianın adından neqativ faktorlar üçün istifadə edirdi. Cəmiyyət üçün də maraqlı olacaq ki, yaradılmış KİV qurumu müəyyən olunmuş standartlara uyğun gəlirsə, deməli, bu, qanunla müəyyən edilmiş KİV qurumudur, əks halda, hansısa neqativ məqsədlər üçün yaranıb və buna qarşı  öz tədbirlərini görəcəklər.

İkinci bir tərəfdən, burada qanunvericilik ciddi rol oynayır və ortada ziddiyyət aradan qaldırılır. İndiyədək Azərbaycanda informasiya alınmasını və yayılmasını tənzimləyən 10-dan çox qanunvericilik mövcud olub. Məsələn, KİV, televiziya, əlavə ictimai televiziya, məlumat azadlığı haqqında qanunlar var və sairə. Yəni eyni sahəni tənzimləyən təxminən 8 qanunvericilik mövcud idi ki, bu da həm kəmiyyət baxımından problem yaradırdı, həm də aralarında müəyyən ziddiyyətlər müşahidə olunurdu. Məsələn, məlumat azadlığı ilə KİV haqqında qanunlar arasında ziddiyyətlər, toqquşmalar olurdu. İndi bütün bunların hamısı aradan qaldırılıb və ortada vahid bir sənəd olub. Layihənin əlavə bir xüsusiyyəti isə ondan ibarətdir ki, burada jurnalistin özünün statusuna aydınlıq gətirilir. Yəni jurnalistlərlə bağlı müəyyən qaydalar müəyyənləşdirilib".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR