Azərbaycan milyonlarla pul itirir, o isə qazanır

12 avqust, 2021 09:16

Turizm ölkələrin tanınmasında, təbliğində mühüm rol oynamaqla yanaşı, dünyada ən gəlirli sahələrdən biri hesab edilir.

Bir çox ölkələr bu sektorun inkişafı istiqamətində rəqabət aparmaqla turizm ölkəsi kimi tanınmağa çalışır. Ölkəmizdə son illər turizmin inkişafı ilə bağlı bir sıra addımlar atılsa da, hələ də bu istiqamətdə mühüm irəliləyişə nail olunmayıb.

Ölkədə turizmin inkişafı məqsədilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təqdim edilib. Yol Xəritəsində turizmin inkişafı ilə bağlı bir sıra strateji məqsəd və hədəflər öz əksini tapıb.

Burada göstərilir ki, milli iqtisadiyyatın inkişaf strategiyasında prioritet istiqamətlərdən biri kimi ixtisaslaşmış turizmin müəyyənləşdirilməsi turizmin inkişafı istiqamətində görülən işlərin davamlılığna xidmət etməklə yanaşı, Azərbaycanın cəlbedici turizm məkanı kimi qabaqcıl mövqe tutmasına imkan yaradacaq.

Eyni zamanda, qarşılıqlı əlaqələrdən və mövcud turizm potensialından səmərəli istifadə edilməklə turizm sektorunun iştirakçıları arasında əməkdaşlığın inkişafına və ölkədə turizm xidmətləri üzrə keyfiyyətin yüksəldilməsinə gətirib çıxaracaq.

Sənədə əsasən, 2025-ci ildən sonrakı dövr üçün perspektiv Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirməkdir.

Qeyd edilən məqəsdlərə nail olmaq üçün hava əlaqəsinin və əlçatanlığının artıırlması, çoxsaylı turizm növləri üzrə fiziki və sosisl infrastrukturun və s. təkmilləşdirilməsi, yerli dəyərlərin beynəlxalq aləmdə uğurlu təbliği mühüm əhəmiyyət kəsb edir.

Bu gün faktdır ki, ölkələrin iqtisadiyyatında turizm mühüm əhəmiyyət kəsb edir. Son bir il yarımı əhatə edən pandemiya dövründə bu sahədə digər sahələrdə olduğunu kimi azalma müşahidə edilsə də, son vaxtlar bir sıra ölkələr turizmi açıq elan etməklə sektoru bərpa etməyə başladılar. Ölkəmizdə pandemiya dövründə ancaq daxili turizm bazarı açıq olub, ancaq son vaxtlar xarici turizmlə bağlı yumşalmalar müşahidə edilir.

Belə ki, 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə 20 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilib.

Lakin bu sahədə mövcud problemlərdən ən böyüyü odur ki, “Azərbaycan Hava Yolları”QSC-nin (AZAL) tətbiq etdiyi qiymətlər bu gün ölkəyə turist axınına mane olur. Hətta Dövlət Turizm Agentliyi aviabiletlərin qiymətləri ilə bağlı AZAL-ın idarəetməsi həvalə olunmuş Azərbaycan İnvestisiya Holdinqinə (AİH) müraciət edib.

Agentliyin sədri Fuad Nağıyev bildirib ki, Azərbaycana turistlərin gəlməsi viza rejimi ilə yanaşı aviabiletlərin qiymətlərindən asılıdır:

“Biz də bunu nəzərə alaraq AİH-lə işləyirik, onlara təkliflərimizi vermişik. Hesab edirəm ki, qiymətlərin aşağı olması üçün rəqabət olmalıdır”.

Real vəziyyət odur ki, ölkəyə gələn turistin sərf etdiyi valyutadan bütün sahələr, ölkə iqtisadiyyatı deyil, hazırda yalnız AZAL qazanır.

İtirən isə həm də Azərbaycan vətəndaşı olur.

Quru sərhədlərin bağlı olduğu indiki dövrdə AZAL-ın ümidinə qalan Azərbaycan vətəndaşı qonşu ölkələrlə müqayisədə aviabiletə az qala 2 dəfə artıq pul ödəməli olur.

Cahangir Əsgərovun AZAL-ı şəxsi şirkəti kimi idarə etməsinə qarşı dəfələrlə yüksək səviyyələrdə fikirlər səsləndirilsə də “göylə gedən” şirkəti “ yerə endirmək” mümkün olmur.

Uzun müddətdir ki, AZAL-ın təqdim etdiyi biletlərin baha qiymətə olması barədə problem öz həllini necə tapacaq?

Millət vəkili Fazil Mustafa cebhe.info-ya bildirdi ki, bu, bilərəkdən Azərbaycan turizminin müəyyən dərəcədə problemlər yaşamasına imkan yaradır:

“Biz Gürcüstandan daha sabit ölkəyik. Ancaq necə olur ki, oraya axın başlayır? Bilet qiymətlərində dəyişikliyi ağıllı təşkil etdiyinə və Gürcüstanda stimullaşdırıcı addımlar atdığına görə orada bu prosesi normal tənzimləyə biliblər. Məsələ çox ciddidir, ona görə də bizdə qiymətlər aşağı salınmalıdır. Dövlət maraqlarını nəzərə almaq istəməyən, özlərini dövlətdən üstün aparan bir anlayışa hakimdirlər. Əgər dövlətin tərəqqisini istəyiriksə, bütün sahələrə təsir edə biləcək addımlar atmalıyıq. Heç kimin də “kaprizi” burada işləməməlidir. Elə etməliyik ki, insanlar daha rahat ölkəmizə axın edə və istirahət edə bilsinlər”.

Millət vəkilinin sözlərinə görə, qiymətlərin baha olmasından ölkə iqtisadiyyatı deyil, yalnız AZAL qazanır:

“Bu da onu göstərir ki, hələ də dövlətdən üstün, dövləti çətin vəziyyətdə qoyan qüvvələr var. Halbuki həmin pulu turistin ucuz qiymətə gəlməsi ilə çıxarda bilərik. Ancaq onu edə bilmirksə, demək problem özümüzlə bağlıdır”.

Millət vəkili Vüqar Bayramov isə bildirdi ki, turistlərin gedəcəkləri yeri seçən zaman diqqət etdikləri məqamlardan biri məhz təyyarə biletləridir:

“Çünki turistlər üçün indiki halda ekonom turlar çox vacibdir. Nəzərə alsaq ki, pandemiya səbəbindən təyyarə xərclərində artım müşahidə edilir. Hazırda Azərbaycan bir sıra ölkələrin hava nəqliyyatını bərpa edib, o baxımdan ölkəyə gələn turistlərin sayında azalma tempi aşağı düşüb. Bu məsələnin fundamental həlli, “low-cost” aviakampaniyaların Azərbaycana gəlişini təşkil etməkdir. Xarici ölkələrin təcrübəsi göstərir ki, belə aviakampaniyaların fəaliyyət göstərdiyi ölkələrə daha çox turistlər gəlir. Ona görə də bizim üçün regionlara, o cümlədən Bakıya da “low-cost” reyslərin sayının artırılması məqsədəuyğun olardı. Belə aviaşirkətlərin Azərbaycana dəvəti, cəlb olunması istiqamətində işlərin sürətlənməsi vacibdir. Xüsusən nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizin böyük potensialı var, bu baxımdan növbəti mərhələdə də turistlərin cəlbi üçün “low-cost” aviakampaniyaların Azərbaycana cəlbi reallaşsın və sayı artsın ki, təyyarə biletlərinin qiymətinin aşağı düşməsinin şahidi ola bilək”.

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov isə deyir ki, bu gün AZAL-ın mövcud qiymətləri ilə bağlı vəziyyətdən yeganə çıxış yolu var:

“Ayrı-ayrı qurumlar, fiziki və hüququ şəxslər dəfələrlə öz narazılıqlarını bildirsələr də, bunun nəticəsi olmur. Bunun həlli üçün bütün turizm qurumları, assosiasiyalar birgə məktub yazmalıdırlar ki, AZAL siyasəti ilə turizmin inkişafına maneçilik törədir. Göstərilməlidir ki, bu səbəbdən də ölkəyə az turist gəlir və bu, mütləq ictimailəşdirilməlidir. Bununla bağlı yekdillik olmalıdır. Başqa yolu yoxdur və cavab tələb olunmalıdır ki, nəyə görə qiymətlər bahadır, AZAL bunu açıqlasın. Nəinki Gürcüstan, Misir Rusiyadan çox ucuz qiymətə ölkələrinə turist dəvət edirlər ki, turizm inkişaf etsin. Ancaq bizdə bu sahədə problem var. AZAL eqoist siyasəti ilə özünü düşünür, nəinki ölkə iqtisadiyyatını. Əgər ölkəyə daha çox turist gələrsə, yeni iş yerləri açılar, otellər inşa olunar, yeni turizm şirkətləri fəaliyyətə başlayar. AZAL ancaq şəxsi maraqlarını düşünür və bu da düzgün siyasət deyil. İndiyədək millət vəkilləri, ayrı-ayrı qurumlar mövcud vəziyyətlə bağlı fikirlər səsləndirsə də, AZAL heç kimi eşitmək istəmir. Başqa xarici şirkətlərin də aviareyslərini də ölkəyə buraxmır. Əgər başqa ölkənin reysləri olarsa, rəqabət yaranaq və ucuzlaşma olar. Hazırda Gürcüstanda 5-6 xarici şirkət fəaliyyət göstərir. Ona görə də bu gün Gürcüstandan xaricə uçuş çox ucuz başa gəlir”.

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko14:15 - Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

24 noyabr

10:21 - Putin Trampın "Sülh Planı"na münasibət bidirdi10:19 - İran Azərbaycanın tankerini saxlayıb? 10:18 - Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN

21 noyabr

13:32 - "Veysəloğlu Distribusiya"nın rəhbər heyəti Böyük Britaniyada qabaqcıl logistika təcrübəsi ilə tanış olub - FOTOLAR09:55 - Dövlət Agentliyinin sədri öz bacısından Agentlik üçün ofis icarəyə götürür09:48 - Bu il ət və ət məhsulları nə qədər bahalaşıb? - Tam siyahı09:46 - "ABŞ-nin Azərbaycanla tərəfdaşlığı ölkənin regiondakı strateji rolundan qaynaqlanır" - "Forbes" nəşri09:44 - Rusiya Kupyanskı şəhərini ələ keçirdi

19 noyabr

13:33 - Maduro ABŞ-a istefasını təklif edib - - "New York Times" 13:31 - Komitə sədri vergilərin artırılmasından danışdı13:29 - Paşinyanın silahdaşı Türkiyə ilə sərhədin tezliklə açılacağının anonsunu verdi

18 noyabr

22:12 - "Qızıl sandıq" lotereyası başladı - İndi ƏDV geri-al çekləri sizə daha çox qazandıracaq16:13 - "ABŞ Paşinyanı belə sülh sazişi hazırlamağa təşviq edə bilər" - Riç Outzen