Parçalanan slavyan birliyi: Dünya Ukraynadan daha əzəmətli görünür - REPORTAJ

28 sentyabr, 2021 17:11

“Hələ də elə hesab edirsiniz ki, ruslarla ukraynalılar bir millət, iki dövlətdir. Sizə hələ də elə gəlir ki, slavyanlar hamısı eyni cür düşünür?! Biz ayrı dövlətlərik, düşüncəmiz də ayrıdır, qəlbimizdə!…” (Kiyev səfərimin ilk günündə əyləşdiyim taksinin sürücüsü ilə kiçik dialoqumdan).

Yox, əslində biz də bilirik ki, ukraynalılarla ruslar hər ikisi slavyan xalqları olsalar da, aralarında kifayət qədər problemlər var. Düzdür, dünyanın ərazicə ən böyük ölkəsi olan Rusiyanı zəiflətmək üçün postsovet ittifaqının ikinci ən böyük dövləti Ukraynadan istifadə edildiyini düşünənlər də var. Onu da düşünənlər olmamış deyil ki, slavyan mənşəsindən olsalar da, nəhayət xaxollar üzünü Avropaya çevirməkdə israrlıdırlar. İkincilərin qənaətinə görə, digər ittifaq ölkələri kimi, Ukrayna da daim Rusiyanın təzyiqlərindən əziyyət çəkib və 46 milyonluq xalqın nicatı Qərbə inteqrasiyadan keçir. Kiyevdə olduğumuz müddətdə bir daha əmin olduq ki, sonuncuların arqumenti daha güclüdür və bu gün sadə ukraynalının ən böyük arzusu Rusiyanın təsir zolağından çıxmaq və Avropaya uzanan yolda yürüməkdir.

Kiyev səfərimiz Kliçko təşkilatının (Klitschko Foundation) dəstəyi ilə baş tutdu. Səfərdə məqsəd adıçəkilən təşkilatın təlimində iştirak etmək idi. Etdik… Və sonda insan hüquqları təlimini bitirdiyimə görə, sertifikat da aldım. Bu barədə bir qədər sonra…

Maydan paytaxt Kiyevin ən məşhur meydanı hesab olunur. Xüsusən 2004-cü ilin noyabr-dekabr aylarında prezidentliyə namizəd Viktor Yuşenkonun tərəfdarlarının digər namizəd Viktor Yanukoviçin qeyri-qanuni prezident elan edilməsinə qarşı keçirdikləri etiraz aksiyaları ilə bu meydan populyarlıq qazandı.

Halbuki, ona qədər Ukraynada iqtidarda Leonid Kuçma idi və ölkə birmənalı olaraq rusmeylli siyasət yürüdürdü. Baltikyanı dövlətlərdən (Litva, Latviya, Estoniya) və Gürcüstanda baş verən inqilabdan sonra keçmiş SSRİ-nin ikinci ən böyük dövləti Ukrayna tarixdə ilk dəfə olaraq yolunu Moskvadan ayırdı. Düzdür, cəmi beş il sonra ruslar Yanukoviçin timsalında yenidən iqtidara yiyələndilər, lakin bu uzun sürmədi. Maydan bu gün Ukraynada azadlıq rəmzi, Ukraynanın “Avropa qapısı” olaraq dəyərləndirilir. Və təsadüfi deyil ki, Kiyev səfərimiz zamanı protokola uyğun olaraq ilk üz tutduğumuz məkanda Maydan meydanı oldu.

“Meduza” Muzeyi, Alexander Yanovskinin başçılıq etdiyi peşəkar akvariumlar qrupu tərəfindən uzun illər bəslənilən tamamilə yeni və cəsarətli bir layihədir. Ən təcrübəli səyahətçilər belə meduza kolleksiyasına heyran qalırlar. Çünki buradakı canlılar sirli və inanılmaz dərəcədə gözəldirlər. Planetdə insanlara məlum olan neçə meduzanın yaşadığını, hansı meduzaların ölümcül zəhərli olduğunu və ümumiyyətlə hansı meduzanın planetdəki yeganə ölümsüz varlıq olduğunu bu muzeyi ziyarət etməklə öyrənmək olar.

Kliçko muzeyi isə sosial missiya daşıyan unikal bir layihədir. Dünya peşəkar boksunun əfsanələri Vitali və Vladimir Kliçko ilə əlaqədar muzeyin açılması gənclərin sağlam həyat tərzi sürmək və milli ruhu gücləndirmək istəyini stimullaşdıran vasitələrdən biridir. Muzeyin təqdimatçıları belə deyirlər. Doğrudan da möhtəşəm yerdir. Ukrayna siyasətində hazırda məmur olaraq yer tutan qardaşlar Avropaya yönəlik siyasətin alovlu təbliğatçılarındandır.

“Şaxtyor Donetsk” klubunun üzvləri isə Donetskinin necə işğal olunmasından, bombalanmasından danışdılar. Ukraynanın Olimpiya stadionu, Aleksandr kilsəsi isə həm sadə, həm də əzəmətlidir. Bura nəinki kiyevlilərin, uzaq vilayətlərdən olan ukraynalıların da sevimli məkanıdır.

Kiyevə qısamüddətli səfərimiz maraqlı oldu. Yeni şeylər öyrəndik. Səfər paytaxtla yekunlaşmasaydı, Ukraynanın Mədəniyyət Mərkəzi Lvovu, hər il yarım milyon turistin üz tutduğu Xotynu, əsrarəngiz Məbəd kompleksini, təbiət fenomeni Rivneni və digər gəzməli-görməli yerləri də ziyarət edərdik. Bəlkə də, nə vaxtsa edəcəyik.

Ukraynadan qayıtdıq və gəldiyimiz yekun qənaət bu oldu ki, ukraynalılar ikinci baharını yaşayırlar. Uzun illərin imperialistinin, yəni, Rusiyanın iradəsindən tamamilə kənar həyatın dadını çıxarır kiyevlilər.

Mikayıl Mirzəzadə (Bakı-Kiyev-Bakı)

Hokm.az

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"