Qarabağın bərpası və inkişafında nəqliyyat dəhlizinin rolu

13 oktyabr, 2021 14:17

İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağın inkişafı konsepsiyasının həyata keçirilməsi Azərbaycan dövləti üçün prioritet məsələyə çevrildi. Elə bu məqsədlə də müharibədən dərhal sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün xüsusi tapşırıqlar vermişdi. 2020-ci il noyabr ayının 16-da (10 noyabr bəyanatından cəmi 6 gün sonra) ölkə rəhbərliyinin işğaldan azad edilən Cəbrayıl və Füzuli rayonlarına səfəri Qarabağın inkişafı prosesinin çox sürətli şəkildə aparılacağının əsas göstəricisi idi.

Strategiya doğru idi... Yol, nəqliyyat olmadan inkişafdan, tərəqqidən söhbət gedə bilməzdi. Çünki nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan yolların vəziyyəti həmin ərazidə iqtisadiyyatın, mədəniyyətin və görüləcək işlərin səviyyəsini göstərən əsas amildir.

Proses başladı... Hava limanları ilə yanaşı, avtomobil və dəmiryolu layihələrinin icrası Qarabağın gələcəkdə mühüm nəqliyyat mərkəzinə çevriləcəyini göstərirdi.

Haşiyə: Qarabağda nəqliyyatın inkişafı niyə vacib idi?

Nəzərə almaq lazımdır ki, nəqliyyatın inkişafı təkcə maşınların və sərnişinlərin hərələkətini özündə ehtiva etmir. Bu, həm də Qarabağda əhalinin sağlam şəkildə məskunlaşdırılmasında, ərazidə istehsal sahələrinin yaradılmasında, nəqliyyat qovşaqlarının, kənd, qəsəbə, şəhərlərin və limanların inkişafında, işğaldan azad edilən ərazilərdəki təbii sərvətlərin milli kapitala çevrilməsində, ərazidə milli-mədəni və iqtisadi-sosial, hərbi dayaqların təşəkkül tapmasında, daxili turizm potensialının yaradılmasına mühüm və əsas amildir.

Zəngəzur dəhlizinin əhəmiyyəti

10 noyabr bəyanatının iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan 9-cu maddəsinin icrasının həyata keçirilməsi Qarabağın inkişafı prosesində əsas və həlledici mərhələdir.

Ermənistanın öhdəlik götürdüyü bəyanatda qeyd olunur: “.... Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Bu baxımdan Zəngəzur dəhlizinin açılması tam qanunidir və tarixi zərurətdir. Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulmasından söhbət gedir.

Məsələ bundadır ki, Zəngəzur dəhlizinin açılması ilə bölgədəki bütün nəqliyyat və iqtisadi əlaqələr blokdan xilas olur, həmçinin Azərbaycan rayonları arasında əlaqə qurmaq üçün məsafə qısalır. Bu yolla Azərbaycan Naxçıvan vasitəsilə Türkiyə ilə dəmiryolu və avtomobil yolu ilə əlaqə qurmalı olacaq. Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Naxçıvanla quru yolla əlaqə qurması İran vasitəsilə mümkün idi. Elə İranın Azərbaycana qarşı bugünkü aqressiv və qərəzli mövqe sərgiləməsinin əsas səbəblərindən biri də Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın gələcəkdə nəqliyyat, iqtisadi potensialının artacağını bilməsidir. İran bunu öz imkanlarının tükənməsi kimi görür. Lakin Azərbaycan öz ərazilərinin bərpasını prosesini aparır və bunu da tam qanuni yollarla həyata keçirir.  Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması türk xalqlarının, xüsusilə Türkiyənin iqtisadiyyatına ciddi şəkildə təsir göstərəcək. Nəticədə nə baş verəcək? Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri formalaşacaq və Azərbaycan nəqliyyat qovşağına və bütün dünya üçün mühüm və əvəzsiz mərkəzə çevriləcək. Avropa və Asiyanı Azərbaycan ərazisi ilə birləşdirən Şərq-Qərb dəhlizinin bir hissəsinə çevriləcək Zəngəzur nəqliyyat dəhlizi dövlətlərin yeni imkanlar əldə etməsinə də şərait yaradacaq. Prezident İlham Əliyev də çıxışlarında bu məsələnin əhəmiyyətindən dəfələrlə danışıb. Hindistandan Fars körfəzinə, oradan da Zəngəzura, daha sonra Gürcüstana (Poti), oradan isə Yunanistana, Bolqarıstana (Avropa ölkələrinə) uzanan nəqliyyat layihəsinin əhəmiyyətini təsəvvür etmək elə də çətin deyil.

Avtomobil və dəmiryolu Qarabağın inkişafının əsas tərkib hissəsi kimi...

Şimal, Cənub və Şərq istiqamətlərində avtomobil və dəmiryolu layihələrinin icrası, Suqovuşan və Talış kəndlərinə çəkilən avtomobil yolu, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu, Horadiz-Ağbənd dəmiryolu, Bərdə-Ağdam dəmiryolu Qarabağın inkişaf strategiyasının əsas tərəfi kimi çıxış etməkdədir.

Üçtərəfli razılaşmadan 1 həftə sonra (noyabrın 17-də) Prezident İlham Əliyevin sərəncam imzalaması və Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yolunun çəkilməsi prosesinə başlanılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, “Zəfər yolu” adlanan bu avtombil yolu sayəsində Bakı-Şuşa yolu da xeyli dərəcədə qısalmış oldu. Avtomobil yolu Füzuli hava limanının yaxınlığından keçir və bu magistral yolun hava limanı ilə əlaqələndirilməsinin ciddi iqtisadi üstünlükləri var. 101,1 km olan Füzuli-Şuşa yolu işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Bu yol Azərbaycanın digər rayonları ilə Şuşa arasnda əlaqələrin qurulmasını təmin edir. Birinci Qarabağ müharibəsinə qədər isə Şuşaya yalnız Ağdam və Xankəndi vasitəsilə getmək mümkün idi. Bundan başqa, Füzuli-Şuşa yolu işğaldan azad edilən ərazilərdə daxili turizm potensialı baxımından olduqca əhəmiyyətlidir.

Füzuli, Laçın və Zəngilan hava limanlarının salınması Azərbaycanın iqtisadi bütövlüyünün möhkəmləndirilməsinə xidmət edəcək.

Zəngilan hava limanın tikilməsi təsadüfi məsələ deyil. Belə ki, Qarabağın strateji əhəmiyyətnin artmasında Zəngilan hava limanının və orada görüləcək inkişaf tədbirlərinin mühüm əhəmiyyəti olacaq. Zəngilan hava limanı ərazidəki iqisadi fəallığı artırmaqla, şərqə açılan yeni qapı rolunu oynayacaq. Zəngilanın yerləşdiyi coğrafi mövqe buna tam imkan verir.

Ümumiyyətlə, hər üç hava limanının salınması Qarabağın inkişafı konsepsiyasının tarixi əhəmiyyətindən xəbər verir. Qarabağın logistika-nəqliyyat habına çevrilməsi üçün hava limanları təkcə ölkəmiz üçün deyil, bütün region üçün xüsusi önəm daşıyacaq.

Bölgədə dərmiyolunun çəkilməsi strategiyası özünü miqyası və əhəmiyyət ilə seçiləcək. Horadiz-Ağbənd dəmiryolu dəhlizin açılması istiqamətində mühüm addımdır. Çünki dəmiryolu Ermənistanla sərhəddə yaxın qəsəbədən keçəcək. Bu baxımdan dəhlizin açılması qonşu dövlətlərə də iqtisadi üstünlüklər qazandırır. Elə Ermənistanın özünü götürək.

Rusiya ermənistan üzərində özünü dəmiryolu mülkiyyətçiliyini hələ də qoruyur.

Digər tərəfdən, Horadiz-Ağbənd dəmiryolunun tikintisi ilə Naxçıvan dəmiryollarının yenilənməsi də təmin edilmiş olacaq.

Samir Feyruzov

Azsiyaset.com

 

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi