Prezidentin İƏT Zirvəsindən verdiyi mesajlar - Azərbaycanın nüfuzu güclənir

29 noyabr, 2021 10:00

İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısı Aşqabadda keçirildi. Hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir. 1964-cü Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat, 1985-ci ildə İƏT olaraq yenidən qurulub. Hazırda İƏT-in 10 üzvü var: Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan. 

Azərbaycan 1992-ci ildə təşkilata üzv olub və daim təşkilatın beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurulmasına mühüm töhfələr verib.

Bu addımlardan biri də İƏT-in Tədqiqat Mərkəzinin yaradılması ideyasıdır. Bu ideya ümummilli lider Heydər Əliyevə məxsusdur. Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış edib. 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb. 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb.

İƏT-in Zirvə görüşü xüsusilə Prezident İlham Əliyevin mühüm çıxışı ilə yada qaldı. Azərbaycan prezidenti çıxışında olduqca vacib məqamlara toxundu, yeni təşəbbüslərdən bəhs etdi və mesajlar verdi.

Dövlət başçısı İƏT-in Tədqiqat Mərkəzinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərimizi əsirgəməyəcəyini bildirdi və digər üzv ölkələri bu mühüm təşəbbüsə qoşulmağa dəvət etdi.

İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir.

Ən mühüm məqamlardan biri isə Prezident İlham Əliyevin Zəngəzir dəhlizi ilə bağlı fikirləri idi.

“Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”, - dövlət başçısı bildirdi.

Burada diqqətçəkən məqam Azərbaycan Prezidentinin Soçi görüşündən bir gün sonra İƏT-ə üzv dövlətləri Zəngəzur dəhlizindən istifadə etməyə dəvət etməsi idi. Bu o deməkdir ki, Soçi görüşündə Azərbaycan istədiyinə nail olub, Ermənistanın dəhlizə mane olmaq üçün əl atdığı cəhdlər nəticə verməyib.

Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələr də bu dəhlizdən böyük fayda götürə biləcək. Regionda Türkiyə və İran, Mərkəzi Asiyada Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan, Cənub-Şərqi Asiyada isə Əfqanıstan və Pakistan dəhlizdən yararlana bilərlər. Azərbaycan İƏT-ə üzv dövlətlərə yeni nəqliyyat dəhlizi təqdim edir və bununla Avrasiyanın nəqliyyat arteriyasına növbəti töhfəsini verir.

Prezidentin İƏT-in Zirvə görüşündə Zəngəzur dəhlizindən bəhs etməsi dəhlizin tezliklə reallaşacağına da işarə vurması idi.

Dövlət başçısının verdiyi mesajlardan biri də regionda münaqişənin başa çatdığı, yeni reallıqların yarandığı və post-münaqişə dövründə atılan addımlarla bağlı idi.

Dövlət başçısı bildirdi ki, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu: “44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi”.

Prezident vurğuladı ki, işğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib: “Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır”.

Dövlət başçısı əlavə etdi ki, ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var: “Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır. Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir”.

Prezident İlham Əliyev bu fikirləri ilə bir daha bəyan etdi ki, münaqişə bitib, o cümlədən, İƏT-ə üzv olan müsəlman ölkələrinin diqqətini Ermənistanın işğal dövründə İslam abidələrini təhqir etməsi faktlarına yönəltdi və işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın öz gücünə icra etdiyi layihələrdən bəhs etməklə təşkilata üzv ölkələrinin də prosesdə iştirak imkanlarını təqdim etmiş oldu.

Bu baxımdan, dövlət başçısının Azərbaycanın iqtisadi inkişafından, beynəlxalq reytinq göstəricilərndən danışması təsadüfi deyildi. Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycanın mövqelərini ildən-ilə daha da güclənir. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaranıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb.

Bu o deməkdir ki, Azərbaycan xarici sərmayə üçün cəlbedici və ən uyğun şəraitə malik ölkələrdəndir. Prezident real vəziyyəti təqdim etməklə İƏT ölkələrini Azərbaycana sərmayə yatırmağa dəvət etdi.

Azərbaycan İƏT-ə üzv ölkə kimi təşkilatın digər üzvlərinə verə biləcəyi ən mühüm dəstəkdən biri də COVİD-19-a qarşı mübarizə modelidir. 

“COVID-19-a gəlincə, Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur. Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır. Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq”, - dövlət başçısı bəyan etdi və bununla öz təcrübəmizi təşkilata üzv ölkələrlə bölüşmək istəyimizin mesaını verdi.

Azərbaycan pandemiyaya qarşı mübarizədə dünya tərəfindən qəbul edilmiş model yarada bilib. O cümlədən, COVİD-19-a qarşı mübarizədə həm Türk Dövlətləri Təşkilatl, həm də Qoşulmama Hərəkatında birlik formalaşdırıb. Eləcə də BMT tərəfindən dəstəklənən mühüm təşəbbüslərlə də çıxış edib. Bu, Azərbaycana İƏT daxilində də pandemiyaya qarşı birgə mübarizəni təşkil etmək imkanı verir, yaxud təşkilat Azərbaycanın nümunəsindən yararlana bilər.

Ümumilikdə Prezident İlham Əliyevin çıxışı və irəli sürdüyü təşəbbüslərə müsbət münasibətin olması Azərbaycanın daha bir beynəlxalq platformadakı nüfuzunun göstəricisidir.

Vaqif Hüseynli
Demokrat.az

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"