Qarabağ üçün kritik presedent - Sülhməramlılar Qazaxıstandan çıxmasa...

12 yanvar, 2022 11:41

KTMT sədri olaraq özünü Qərbin gözündə “yandıran” Paşinyan Putindən Bakı əleyhinə “kart-blanş” almağa çalışır; İrəvanın növbəti fiaskosu: nə “Rus NATO-su”ndan çıxa bilir, nə də ondan faydalana...

Dost Qazaxıstanda vəziyyət sabitləşməyə doğru gedir. Bu fonda ən aktual sual sözsüz ki, az öncə ölkə ərazisinə gətirilmiş xarici hərbi qüvvələrin, özəlliklə Rusiya (KTMT) hərbi kontingentinin taleyi ilə bağlıdır. Çünki bu suala cavab xeyli dərəcədə Qazaxıstanın müstəqil dövlət olaraq, öz ərazisinə nəzarət edib-eləməmək qabiliyyətinin təsdiqi olacaq. Paralel surətdə Kremlin Türk Dövlətləri Təşkilatına üzv ölkəsində öz hərbi-siyasi dayaqlarını uzun müddətə möhkəmlədib-möhkəmlətməyəcəyinə aydınlıq gələcək.

Diqqətçəkicidir ki, dünən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu mövzuda danışarkən deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingenti iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq. “Ölkədə vəziyyət sabitdir. KTMT-nin əsas missiyası başa çatıb”, - Tokayev bildirib.

Onun bu bəyanatının cəmi iki gün sonra necə yerinə yetiriləcəyini görəcəyik. Hər necə olmasa, belə bir inam var ki, Rusiya hərbçiləri gəldikləri yerdən bir elə həvəslə çıxmırlar - o da əgər çıxırlarsa. Hərçənd konkret halda söhbət suveren bir ölkənin ərazisindən gedir...

*****

Rusiya hərbçiləri isə sülhməramlıları adı altında ikinci ildir Azərbaycanlın ayrılmaz hissəsi Qarabağda da yerləşib -  Bakının razılığı ilə. 4 ildən də az bir müddət bitəndən sonra Azərbaycan növbəti 5 illiyə razılığını verməzsə, onlar ərazimizi tərk eləməlidir. Odur ki, görək Qazaxıstan prezidentinin xahişi ilə bu ölkəyə yeridilən Rusiya hərbi kontingenti yenə Qazaxıstan rəhbərinin xahişi ilə geri göndəriləcəkmi, yoxsa Moskva "ləngimək" üçün bəhanələr axtaracaq?

Yəni Azərbaycan üçün kritik presedent məsələsi. Şübhə yox ki, Ermənistan, separatçılar və onların Moskvadakı hamiləri Azərbaycanın iradəsi ziddinə olaraq Rusiya sülhməramlılarının Qarabağın anklav hissəsində uzun müddətə qalması üçün əllərindən gələni edəcəklər. Bu, rəsmi İrəvana hər şeydən öncə ölkəmizin suverenliyi və ərazi bütövlüyünü tanımağı maksimum yubatmaq, beləliklə də beynəlxalq rəydə “artsax problemi”nin həll edilmədiyi görüntüsünü yaratmaq üçün   lazımdır.

Qatı KTMT əleyhdarı kimi tanınan Nikol Paşinyanın öz ölkəsi adına KTMT tərkibində Qazaxıstana can-başla “sülhməramlı” missiya göndərməsi həm də bu motivlə bağlıdır. Digər bir səbəb əlbəttə ki, Azərbaycana qarşı Kremldən yeni “kart-blanş” qoparmaq, “artsax” və sərhədlərin dəqiqləşdirilməsi məsələsində Moskvanın daha loyal münasibətinə nail olmaq, yeni əlverişli şərtlərə çıxmaqdır.

*****

Lakin erməni tərəfinin cəhdləri əbəsdir. Birinci ona görə ki, Azərbaycan Qazaxıstan deyil. Döyüşkən, peşəkar orduya malik, öz ərazisində təhlükəsizliyi təmin eləmək gücündə olan bir dövlətdir. Üstəlik, Türkiyə kimi güclü müttəfiqi, bəd ayaqda Şuşa Bəyannaməsi var.

İkincisi, KTMT (oxu: Rusiya) hələ Qazaxıstan olaylarından öncə Azərbaycan-Ermənistan sərhədləri mövzusunda rəsmi mövqeyini bildirib. Bəyan edib ki, bu, Azərbaycan və Ermənistanın öz aralarında çözməli olduğu bir problemdir və blok ona qarışa bilməz, yalnız məsləhət verə bilər. Di gəl ki, İrəvanda hələ də boş ümidlərlə yaşayırlar. Əslində isə Ermənistanın növbəti KTMT fiaskosu ortadadır. “Qərbyönlü” Paşinyan hökuməti eyni zamanda “qaş düzəldən yerdə göz çıxartmış” durumda görünür.

Fakt budur ki, Qazaxıstanda etirazları yatırmaq üçün öz hərbçilərini göndərməklə imperiyapərəst Rusiyanın yanında yer alan “demokratik” Ermənistan - Baydenin “demokratiya sammiti”nə dəvət alan 110 ölkədən biri artıq özünü Qərbin gözündən tamamilə salıb. Hətta Kremlin forpostu olduğunu hər addımda təsdiqləyən Ermənistana qarşı sanksiyalar söhbəti gəzir. Qısası, Paşinyanın “demokratiya tamaşası” bitib.

Digər yandan, bunca reveranslara rəğmən, Nikol Putini Azərbaycana qarşı heç cür kökləyə bilmir. Yəni nə “Rus NATO-su”dan qurtulub Qərbə sarı gedə bilir, nə də ondan yararlana. Bunu rəsmi İrəvanın növbəti fiaskosu da adlandırmaq olar...

*****

Təbii ki, Rusiyaya ərazimizdə daha uzun müddətə qalmaq üçün bəhanə gərəkdir. Ancaq Moskvanın regionun iki mühüm dövləti Azərbaycan və Türkiyə ilə münasibətləri ermənilərə görə korlamağa razı olacağı ağlabatan deyil. Odur ki, İrəvan hələ çox məyus olacaq.

KTMT-nin Azərbaycan Ordusunun guya Ermənistan ərazisində yerləşməsinə susqun, Qazaxıstan olaylarına isə fəal reaksiya verməsi arasındakı fərqi izah edən erməni hərbi analitik David Arutyunova görə, əgər təşkilat həqiqətən də may ayında vəziyyətə müdaxilə etsəydi, məsələn, sərhədə hərbi qüvvə göndərsəydi, genişmiqyaslı hərbi qarşıdurma riski yarana bilərdi: “Çünki ən azından regionda Türkiyə faktoru var. Bundan əlavə, KTMT-nin bəzi üzvləri vəziyyətə hərbi müdaxilənin xüsusi tərəfdarları deyildilər. Elə həmin o Qazaxıstan və ya Belarus Azərbaycanla münaqişəyə can atmırdı. Amma bu da hələ əsas amil deyil”.

Bu barədə Arutyunov “Sputnik Ermənistan”a şərhində bildirib.

Onun sözlərinə görə, KTMT müdaxilə barədə qərar versəydi, Ermənistanın təşkilata hansı maddəyə əsasən müraciət etməsindən asılı olmayaraq, bunu edərdi. “Qazaxıstanda isə çox ciddi daxili sabitliyin pozulması təhlükəsi var idi. KTMT-nin əsas hərəkətverici qüvvəsi olan Rusiya dünyanın ikinci ən uzun quru sərhədi olan ölkədə sabitliyin pozulmasından narahat olmaya bilməzdi. Ermənistan-Azərbaycan sərhədində eskalasiya məsələsində isə Moskva müəyyən danışıqlar prosesinin başlamağın və vəziyyəti tədricən sabitləşdirməyin mümkünlüyü ehtimalından çıxış edib. Və biz görürük ki, bu proses artıq gedir, tərəflər sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı razılığa gəlir, görüşlər keçirir və s. Qazaxıstanda belə bir şey olmayıb”, - deyə erməni hərbi ekspert əlavə edib.

Beləcə, Ermənistan rəhbərliyinə Qazaxıstan “fürsəti”ndən də yararlanmaq nəsib olmayacaq...(musavat.com)

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR