Donbasdan Qarabağa "sürünən" təhlükə - Bakı 2025-lə bağlı ön hazırlıq içində

16 fevral, 2022 09:47

Ukrayna ətrafında kritik durum Azərbaycanın separatçı anklavı ilə bağlı “yol xəritəsi”ni tezləşdirməyi diktə edir...

Ukrayna ətrafında situasiya “barıt qoxulu” olaraq qalır və hər an partlayış həddinə çata bilər. Əlbəttə ki, burada söhbət Moskva-Kiyev qarşıdurmasından daha çox, Rusiya-Qərb rəqabətindən və bu rəqabətin həlledici fazaya adlamasından gedir. Moskva eyni zamanda “vabank” getmək istəyirmiş kimi görünür. 

Bir şey dəqiqdir: rəsmi Kreml əlindən gələni edəcək ki, “Ukrayna imtahanı”ndan nəinki məğlub çıxmasın, hətta geosiyasi uğur əldə eləsin. Bu ona ilk növbədə postsovet məkanında öz maraqlarını daha inamla qorumaq və irəli aparmaqdan ötrü zəifləməkdə olan “əlini” gücləndirmək üçün gərəkdir. Sözsüz ki, Cənubi Qafqaz bölgəsi də istisna deyil. O bölgə ki, hazırda Rusiya onun hər üç ölkəsində - Azərbaycan, Gürcüstan və Ermənistanda müxtəlif adlar altında və müxtəlif sayda öz hərbi qüvvələrini yerləşdirib.

Bizi isə ən əvvəl Qarabağdakı sülhməramlı kontingentin aqibəti maraqlandırır. Hansı kontingent ki, 15 aylıq fəaliyyəti ilə Azərbaycan tərəfini, yumşaq desək, narazı salmağı bacarıb. Bu xüsusda Bakı konkret faktlar və rəqəmlər gətirməklə öz narahatlığını dilə də gətirib, ümumən Rusiya sülhməramlı missiyasından böyük narazılıq ifadə etməsə də. Məsələn, rəsmi Bakı rus hərbi kontingentinin bölgədə erməni əhalini zorla saxlamaq yönündə qanunsuz fəaliyyətinə diqqət yönəldib.

Bu da danılmaz gerçəklikdir ki, ruslar özlərini erməni əhaliyə “vəhşi azərbaycanlılar”dan qoruyan yeganə xilaskar kimi göstərməyə cəhd edir, iki xalq arasında ədavətin bitməsinə imkan vermirlər. Halbuki adından da göründüyü kimi, onların əsas missiyası sülh və barışıq yaratmaq olmalıdır. Biz hələ 10 noyabr kapitulyasiya aktına əsasən (4-cü bənd) erməni silahlı dəstələrinin hələ də tərk-silah edilməməsini demirik...          

*****

“Rusiya qoşunları Qarabağda qaldıqca Azərbaycan oradakı erməniləri özünə re-inteqrasiya edə bilməyəcək”.

Bunu minval.az-a müsahibəsində deputat, beynəlxalq hüquq üzrə mütəxəssis Erkin Qədirli deyib.

Erkin Qədirli 

“Biz Qarabağın qalan hissəsinə nəzarəti bərqərar etməliyik. Rusiya qoşunları Qarabağda olarkən biz erməniləri yenidən inteqrasiya edə bilməyəcəyik. Bu, tamamilə aydındır. Ermənilər Rusiyanın nəzarəti altında ikən biz onlarla necə danışıb onları yenidən inteqrasiya edəcəyik? Odur ki, ilk növbədə Qarabağın qalan hissəsinə nəzarətin qurulması üzərində işləməliyik. Qarabağda sülhməramlıların mövcudluq müddəti 2025-ci ildə bitir. Bu tarixə 6 ay qalmış biz onların xidmətlərindən imtina etməliyik. Bunun necə ediləcəyini dəqiq söyləyə bilmərəm, amma əminəm ki, ərazilər üzərində tam nəzarətimizi bərpa edənədək re-inteqrasiya haqqında bütün söhbətlər utopiyadan başqa bir şey olmayacaq”, - deyə o qeyd edib.

Deputat daha sonra bildirib: “Sülhməramlılar bizim ərazilərdə infrastruktur qururlar. Lakin heç kim onlara bunu etməyə icazə verməyib. Məktəblər, xəstəxanalar tikilir. Əslində sosial obyektlərin tikintisinə Azərbaycan şirkətləri, Azərbaycan hakimiyyəti cəlb edilməlidir. Əsl sülhməramlılar barışıq üçün şərait yaratmalıdırlar, onların vəzifəsi yeni müharibənin qarşısını almaqdır. Bütün digər hərəkətlər onların vəzifəsi deyil. Onlar birinci növbədə şərait yaratmalıdırlar ki, Qarabağın qalan hissəsinə də azərbaycanlılar baş çəkə bilsinlər, bu ərazidə ”Bilayn" deyil, Azərbaycanın mobil rabitəsi işləsin, bu torpaqlara su, qaz Azərbaycan şirkətləri tərəfindən verilsin. Amma görünən odur ki, ruslar ermənilərə sülhməramlıların müvəqqəti olduğunu və onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsinə kömək etməli olduqlarını anlatmaq fikrində deyillər. Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşamalıdırlar. Ancaq sülhməramlılar bunu etmirlər, infrastrukturu bərpa edirlər və belə görünür ki, onlar qeyri-müəyyən müddətə qalmağa hazırlaşırlar", - Qədirli söyləyib.

Qeyd edək ki, bir neçə gün öncə Müsavat TV-nin “Dərin təhlil” verilişinin qonağı olarkən Erkin Qədirli narahatlıq doğuran başqa açıqlamalar da vermişdi. Bildirmişdi ki, Moskva əslində Azərbaycanla Ermənistan atasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Çünki belə müqavilənin imzalanması Rusiya sülhməramlılarının Qarabağdakı mövcudluğunu mənasız edəcək, Rusiya isə belə görünür, Qarabağa 5 illiyə yox, daha uzun müddətə gəlib. Təhlilçi habelə vurğulamışdı ki, sülhməramlılarının Qarabağda qalma müddətinin - 5 ilin tamamında onlar bölgəni tərk etmək əvəzinə, Osetiya və Abxaziyadakı kimi model quraraq Azərbaycanda qalmağa çalışacaqlar.

*****

Vurğulayaq ki, son vaxtlar bu qəbildən pessimist fikirlər və narahatlıqlar artıb. Ancaq yaddan çıxarmaq olmaz ki, Rusiya silahlı qüvvələri Azərbaycana özbaşına gəlməyib. Onları biz dəvət etmişik. Və cəmi 5 illiyə. Başqa heç bir yazılı öhdəliyimiz, hüquqi əsas yoxdur ki, həmin qüvvələr ona uyğun olaraq, istədiyi qədər ərazimizdə qalsınlar. Yəni rus hərbçilərinin gəlişi kimi gedişi də bilavasitə Bakının iradəsinə bağlı olacaq.

2025-ə isə hələ 3 ildən çox var. Əvvəla, heç kim iddia edə bilməz ki, onadək regiondakı geosiyasi şərtlər Rusiyanın əleyhinə daha da pisləşməyəcək. Unutmayaq ki, Putin Rusiyası iqtisadi cəhətdən zəifləməyə davam edir və belə görünür Qərb hələ uzun müddət onun üzərindən ağır sanksiyaları götürməyəcək, əksinə, daha da sərtləşdirəcək.

Üstəgəl, regionda güclənməkdə olan Türkiyə amili yaddan çıxarılmamalıdır. Yeri gəlmişkən, az öncə Şuşa Bəyannaməsinin iki qardaş ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməsi bu xüsusda mühüm və tarixi önəm kəsb edir. Bu gəlişmə indidən hansısa məkrli oyunlar planlaşdıran bəzi anti-Azərbaycan çevrələrinə çox aydın bir mesajdır. O anlamda ki, Qarabağda nə Abxaziya ssenarisi tətbiq edilə, nə də Cənubi Osetiya tamaşası və ya “rus icması” səhnəsi oynanıla bilər.

Azərbaycan Ordusunun 2025-ci il üçün hansı hərbi qüdrətə sahib olacağı da aşağı-yuxarı bütün paytaxtlara, o cümlədən Moskvaya gərək ki, bəllidir. Sürətlə Türkiyə (NATO) tipli orduya keçməkdə olan Azərbaycanı nahaq yerə “NATO-nun elan edilməyən üzvü” adlandırmırlar. Çətin ki, Rusiya bu amili, yəni Ankara-Bakı hərbi siyasi tandemini görməzlikdən gəlsin. Moskva üçün Türkiyə və Azərbaycanla münasibətlərin get-gedə daha da artan strateji önəmi və mahiyyəti də öz yerində.

*****

İkinci yandan, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə bəyan edib ki, nəyi nə zaman etməyi o, çox yaxşı bilir. Bu mövqedən çıxış edərək söyləmək olar ki, 2025-ci il yaxınlaşdıqca rəsmi Bakının Qarabağdakı “erməni anklavı” ilə bağlı ölçülü-biçili konkret “yol xəritəsi”, yaxud “hərəkət planı” mütləq açıqlanacaq və icraya yönəldiləcək. Bu “yol xəritəsi” və ya “hərəkət planı”nin hüquqi, hərbi elementləri də öz yerində.

Təbii ki, 1 nömrəli hədəfimiz “anklavda”kı azsaylı erməni əhalini Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağın vazkeçilməzliyinə, rus süngülərinin əhatəsində rifah və xoşbəxtliyin mümkünsüzlüyünə inandırmaqdır. Çünki aydındır ki, Xankəndindən Ermənistana Laçından kənar təzə yol çəkilsə belə, bu, oradakı erməni əhalinin sosial-iqtisadi durumunu, təhlükəsizliyini yaxşılaşdırmayacaq. Onları xilas eləməyəcək. 2025-ci il üçün cənnət-məkana dönəcək Qarabağa inteqrasiya olunmadan, təcriddə qala-qala isə gənc erməniləri işsizlik, sabaha inamsızlıq və yeni müharibə təhlükəsi səbəbindən oraya bağlamaq mümkün olmayacaq.

Bu qaranlıq perspektivi nə yaxşı ki, Rusiya və onun hərbçiləri önləmək gücündə deyil. Bir azdan bu gerçəyi bütün ermənilər dərk edəcək(musavat.com). 

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"