"Torpaq sahəsi olan adamı az qala fermer kimi qeydiyyata salırlar" - Ekspertdən işsizliklə bağlı açıqlama

13 may, 2022 10:47

“İşsizlik və işsizliyin sayı ilə bağlı ciddi statistik qüsurlar var. Çünki dolayı rəqəmlərlə baxanda doğrudan da Azərbaycanda işsizlərin sayının çox olduğu açıq şəkildə görünür”.

Bunu bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

N. Cəfərli işsiz kimi qeydiyyata düşməyin də çətin olduğunu deyib: “Ölkədə rəsmi rəqəmlərə görə, işsizlik aşağı göstəricilərdədir. Yəni 5,8%-ə qədərdir. Problem odur ki, işsiz kimi qeydiyyata düşməyin özü də bir problemdir. Çünki vətəndaşlar işsiz kimi qeydiyyata düşməsələr, dövlət orqanları onları işsiz kimi tanımır. Bunun xüsusi prosesdur qaydaları var. Vətəndaş müraciət etməli, o müraciətə baxılmalı, daha sonra da qeydiyyata düşməlidir ki, işsiz kimi həm müavinət ala bilsin, həm də Məşğulluq İdarəsindən işlə bağlı hansısa təkliflərin olması mümkün olsun. Ona görə də bizdə ilk növbədə işsizlik statistikası beynəlxalq normalara uyğunlaşdırılmalıdır. Yəni indiki kimi çətin prosedurlardan keçərək yox, normal qaydalar müəyyənləşdirilməlidir ki, işsizliklə bağlı əlimizdə real statistik göstəricilər olsun”.

Ekspetin sözlərinə görə, şəxsin torpaq sahəsi varsa, az qala onu fermer kimi qeydiyyata alırlar:

“Məsələn, 800 minə yaxın insanı fərdi sahibkar kimi qeydiyata alıblar. Çünki onların adına VÖEN var. Amma VÖEN-in olması onların işlə təmin olunduğu anlamına gəlmir. Yəni insanın adına VÖEN ola bilər, amma heç bir qazanc əldə edə bilməz. Bundan başqa, 1 milyon 400 minə yaxın aqrar sektorda çalışan vətəndaş qeydiyyata salınıb. Amma bunların da yeganə kriteriyası odur ki, hər birinin özünün və yaxud ailə üzvlərinin adına torpaq sahəsi var. İstənilən şəxsin torpaq sahəsi varsa, onu az qala fermer kimi qeydiyyata alırlar. Bu da doğru yanaşma deyil. Ümumilikdə bu, işsizlik və işsizliyin sayı ilə bağlı ciddi statistik qüsurlar mövcuddur. Statistik məlumatlar olmayandan sonra bu problemin üzərinə getmək, həll yolları təklif etmək çətin olur. Birinci növbədə, işsizliyin qeydiyyatı ilə bağlı normal prosedurların yaranmasına ehtiyac var”.

İqtisadçı yeni iş yerlərinin yaranması ilə bağlı məsələyə də toxunub:

“Bu məsələ dövlətin zavod və fabrik tikməsi ilə alınmayacaq. Əksinə, dövlət iqtisadiyyatda çox hegemon rola malikdir. Xarici ticarətə baxanda ixracatımızın 90%-i dövlət müəssisələrinin, yaxud da dövlət qurumlarının əlindədir. Bu, o qədər də yaxşı hal deyil. Dövlət əsas hakim rolunda çıxış etməli və təşviq proqramlarının qəbul olunmasında önə çıxmalıdır. Eyni zamanda, məhkəmə-hüquq sistemi düzəlməli, ədalətli qərarların verilməsi olmalıdır ki, kommersiya mübahisələri, iş adamlarının problemləri həllini tapsın. İkinci isə dövlət uzunmüddətli və aşağı faizli kreditlərin verilməsinə nail olmalıdır. Bunun üçün xüsusi investisiya bankı yaradıla bilər. Çox aşağı faizli, uzunmüddətli kreditlərə çıxış imkanı olmalıdır. O zaman yeni iş yerləri, iqtisadi fürsətlər yaranır. Rəqabətli mühitlə bağlı problemlər aradan qalxmalı, məmur biznesinə son qoyulmalıdır. Bu o qədər sistemli və köklü problemdir ki, həll etmək üçün ciddi strateji proqramlara ehtiyac var”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR