Bankda batan əmanətlər - Yüzlərlə müştərinin tələbi yerinə yetiriləcəkmi?

05 avqust, 2020 10:01

Üç ay öncə lisenziyası ləğv olunan dörd bankın – “Ata Bank”, “AG Bank”, “NBC Bank” və“Amrahbank”ın bir qrup əmanətçilərinin pulları qaytarılmır. Mərkəzi Bankın qarşısında dəfələrlə etiraz aksiyaları keçirən vətəndaşlar bildirirlər ki, əllərindəəmanətlərinin sığortalı olması barədə sənəd var.

Mərkəzi Bank onlara cavabında bəyan edib ki, ilin əvvəlində banklara depozit qəbulunu dayandırmaq barədə xəbərdarlıq olunub, banklar isə buna məhəl qoymayaraq, əmanət qəbulunu davam etdiriblər.

Nazirlər Kabineti məsələ iləəlaqədar qanunvericiliyi təfsir etmək xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsi iyulun 28-də məsələyə baxıb, amma qərar elan olunmayıb.

"Azsiuasət.com" xəbər verir ki, Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov "azpolitika.info"-ya bildirib ki, Konstitusiya Məhkəməsinin müsbət qərar verəcəyini güman edir.

Hüquqşünas Məhkəminin vaxtı ilə "Dəmir Bank" əmanətçilərinin üzləşdiyi problemlə bağlı çıxardığı qərarı xatırladaraq qeyd edib ki, bu dəfə də oxşar addım atılacağı "Konstitusiya Məhkəməsi "Dəmir Bank" əmanətçilərinin xeyrinə qərar çıxarmışdı" - deyə H. Həsənov vurğulayıb.

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin adıçəkilən bankla bağlı qərarında yazılıb:

1. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir.

2. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsindəəks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir.

“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin İdarə Heyətinin üzvü Samir Əliyevin fikrincə, bütün bu problemlər əmanətlərin sığortalanması mexanizminin təkmil olmamasının nəticəsidir.

Ekspert hesab edir ki, illərdir hər dəfə banklar bağlananda əmanətlərlə bağlı problemlər ortaya çıxsa da, yenə boşluqlar aradan qaldırılmır: “Bu dəfə boşluq daha çox oldu. Nəticədə insanlar Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirirlər. Onlar əmanətlərinin sığortalı olduğunu düşündükləri halda, məlum olur ki, sığortalı deyilmiş. Burada bankların səhvləri, sui-istifadə halları var. Əmanət qəbulu qadağan edilsə də, bunu davam etdiriblər.

İkinci bir problem yığım əmanəti ilə bağlıdır. İnsan banka əmanət qoyur, ürəyi istəyən vaxt o əmanəti artırır. Əvvəl 15 faizlə qoyub, sonradan sığortalanmış əmanətlərin faizi aşağı, məsələn, 10 faizə düşüb. Amma o, 15 faizlə qoymaqda davam edib. 10 faizə düşəndən sonra isə yatırılan əmanətlər sığortalanmırmış.

Üçüncü probleməmanətlərin hansı valyuta ilə qoyulmasıdır. Qanuna görə, xarici valyuta ilə qoyulan əmanət xarici valyutada, milli valyuta ilə qoyulan milli valyutada götürülməlidir. Kiminsə bankda manatla əmanəti qalıb, bu adam sonradan xarici valyutada əmanət qoyub. İndi deyirlər ki, sənin əmanətin qarışıqdır, manatla qaytarırıq, qoyulduğu dövrün məzənnəsinə uyğun".

S. Əliyevin sözlərinə görə, daha bir problem girov əmanətlərlə bağlıdır. 

"Kiminsə məsələn, 10 min manat əmanəti olub. O əmanəti girov qoymaqla, həmin bankdan 5 min manat kredit götürüb. Bank bağlanandan sonra deyir ki, 5 min krediti həmin 10 min manat əmanətdən çıxın. Bunu eləmirlər. 10 min manatı bloklayırlar, deyirlər, 5 mini ödə qurtar, sonra 10 min manatı qaytararıq. Belə nümunələrin sayını artırmaq da olar. Bütün bunlar sığorta mexanizminin təkmil olmamasının göstəricisidir. Həm bankların, həm nəzarət edən qurumun, həm dəƏmanətlərin Sığortalanması Fondunun öz işini düzgün qurmaması nəticəsində bu cür problemlər ortaya çıxır”-deyə iqtisadçı vurğulayıb.

S. Əliyev onu da əlavə etdi ki, böyük bankların pul problemi yoxdur. Onların büdcə vəsaitlərinə çıxışları var, iri şirkətlər müştəriləridir. Amma bir sıra banklar var ki, onların əmanətlərdən asılılığı çox yüksəkdir.

Əhali o banklardakı əmanətlərini geri çəkəndə onlar əmanətsiz qalmaq təhlükəsilə üzləşir:“Məsələ təkcəəmanətsiz qalmaq da deyil. Həm dəəmanətləri qaytarmaq problemi ortaya çıxır. Hansısa bank bir gündə 1 milyon əmanəti qaytara bilər. Birdən-birə məlum olur ki, bir günə 10 milyonluq əmanət geri çəkilir. Bu da banklarda likvidlik probleminə, öhdəliklərini yerinə yetirməsində çətinliklərə gətirib çıxara bilər. Öhdəliyin yerinə yetirilməməsi isə həmin bankların bağlanması deməkdir. Mən hələ ki bu səbəbə görə bankın bağlanması təhlükəsini görmürəm. Amma belə davam etsə, problemlər həllini tapmasa, gələcəkdə çox böyük problemlərə gətirib çıxara bilər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR