Dövlət qurumlarının gözqamaşdıran binaları və ya çoxmərtəbəli korrupsiya

21 may, 2021 01:13

Vüqar Oruc: ““Prarab”dan tutmuş, bu tikintini sifariş edən məmura qədər - korrupsiya piramidası qurublar”

Azərbaycanda əksər nazirliklərin, dövlət şirkətlərinin inzibati binaları möhtəşəmliyi, əzəməti ilə diqqət çəkir. Müstəqil iqtisadçılar, ekspertlər illərdir dövlət müəssisələri üçün bu nəhənglikdə inzibati binaların inşasının və dövlət büdcəsini bu cür lazımsız layihələrə sərf etməyin doğru olmadığını söyləyirlər.

İddialara görə, “Azərsu” ASC-nin yeni inzibati binasının inşası üçün 120 milyon ABŞ dolları vəsait ayrılsa da, cəmi bir il sonra yenidən 11 milyon dollar sərf edilib. Mərkəzi Bankın yeni inzibati binasının 450 milyon manata (218 milyon avro), Azərbaycan Dövlət Neft Şirkətinin binasının 306 milyon dollara başa gəlib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Ali Məhkəmənin, Dövlət Gömrük Komitəsinin və s. dövlət qurumlarının nəhəng binaları onların nə işçi sayına, nə də tələbatına uyğundur.

Belə olduğu halda hansı məntiq və zərurətlə bu nəhənglikdə binaların inşa olunması ciddi müzakirələrə səbəb olur. Ehtimallara görə, onlara bu məqsədlə vəsait ayrılması korrupsiya piramidasının qurulması ilə əlaqədardır. Eyni zamanda, məmurlar arasında gərgin münasibətlərin, onların fərqlənmək ehtirasının də bu qərarlara təsirsiz ötüşmədiyi qeyd olunur.  Beynəlxalq təcrübəyə istinad etsək görərik ki, bir çox ölkələrdə dövlət qurumları kiçik binalarda, əsasən də birlikdə fəaliyyət göstərirlər. Gürcüstan, Moldova, Estoniya, Qırğızıstan və s. təcrübələr bu qəbildəndir.

“Azərbaycanda bu səpkili dövlət sifarişləri verilərkən ancaq şəxsi maraqlar ön planda tutulur”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, “VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc AYNA-ya şərhində qeyd edib ki, hər hansı obyektin inşası və peşə yönümlü təyinat üçün hazırlanması müvafiq təlimatlara uyğun həyata keçirilməlidir:

“Tutaq ki, hər hansı bir dövlət qurumu və şirkəti üçün inzibati bina inşa olunursa, tikintini aparan şirkətin qarşısında müəyyən öhdəliklər qoyulmalıdır. Bu öhdəliklərdə hansı məqamlar öz əksini tapmalıdır? Həmin şirkət aydın şəkildə göstərməlidir ki, daxili planlamanı necə həyata keçiriləcək, fəaliyyət növünə uyğun şəkildə necə tənzimləmə aparacaq, bütün bunlar öncədən bəyan edilməlidir. Təəssüflər olsun ki, son dövrlərdə Azərbaycanda bu səpkili dövlət sifarişləri verilərkən ancaq şəxsi maraqlar ön planda tutulur.

Yəni, adıçəkilən dövlət qurumlarının başında dayanan məmurlar şəhərin möhtəşəm yerlərində sanki özləri üçün villa tikirmiş kimi bu layihələrə yanaşırlır. Nəticədə dövlətin büdcəsinə ciddi şəkildə ziyan vurulur.

Beynəlxalq təcrübəyə istinad etsək görərik ki, hər hansı dövlət qurumu üçün yeni inzibati bina inşa edilməsi zamanı ilk növbədə onun texniki tərəfləri nəzərə alınır. Misal üçün, hər hansı bina ofis üçün nəzərdə tutulursa, o zaman xüsusi bər-bəzəyə, möhtəşəmliyə ehtiyac yoxdur. Normal əmək fəaliyyətinin yaradılması əsas meyar götürülür. Əgər hər hansı inzibati binanın daxilində istehsalat prosesi həyata keçirilirsə, bu prosesi rahat və əlçatan etmək üçün normativ addımlar atılır”, – deyə həmsöhbətimiz vurğulayır.

Ekspert hesab edir ki, Azərbaycanda bu qaydalara  riayət olunmur və nəticədə dövlət büdcəsi ciddi şəkildə yüklənir: “Bu kimi halların baş verməməsi üçün ümumi nəzarət mexanizmləri işə düşməlidir. Bu həm tikintinin həcminə, konkret lazımlı sahələrin yaradılmasına yönəldilməlidir. Həmin binada iş prosesinin aparılması üçün münbit şərait yaradılmalıdır. Nəzər yetirsək görərik ki, bu günə qədər tikintidə daha çox idxal məhsullarından istifadəyə üstünlük verilib, bu xərclərin ciddi şəkildə artmasına səbəb olub. Eyni zamanda, tikintidə çalışan mütəxəssislər də xaricdən cəlb edilib. Lakin bütün bunları həyata keçirmək üçün daxili bazara üz tutmaq, yerli işçilərin xidmətlərindən yararlanmaq da olardı. Bu olmadığına görə, həmin binalar yekunda bizə 3-4 qat daha baha qiymətə başa gəlir. Tikinti prosesi zamanı əvvəldən sonuna qədər hər bir mərhələyə xüsusi nəzarət olmalıdır. Layihələndirmə, tikinti və təhvil prosesləri ciddi şəkildə təftiş olunmalıdır. Belə olarsa, özbaşınalıq və özfəaliyyət hallarının qarşısını almış olarıq. Bilirsiniz ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqi təsis edilib. Holdinqin yaradılmasında əsas məqsəd korrupsiya hallarının qarşısını almaq, optimal idarəetməyə keçidi təmin etmək, dövlət qurumlarının fəaliyyətinə ümumi nəzarəti təşkil etməkdir. Bakının Baş Planı tərtib olunur. Gələcəkdə paytaxtda xaotik mənzərə yaranmasın - bütün tikintilər bu plana uyğun həyata keçirilməlidir. Qiymətləndirmə şirkəti olaraq kiçik bir araşdırma apardıq və məlum oldu ki, qeyd olunan rəqəmlərdən dəfələrlə az məbləğə bundan daha keyfiyyətli binalar ərsəyə gətirmək mümkündür. Amma qeyd  etdiyim kimi, dövlət qurumları üçün dəbdəbəli binalar inşa etməyə qətiyyən ehtiyac yoxdur”.

AQC sədrinin müavini bildirir ki, bir nazirliyin inzibati binası hər kvadratmetr üçün təxminən 5 min manata başa gəlir: “Kifayət qədər yüksək rəqəmdir. Hətta deyərdim ki, fantastik rəqəmlərdir. Lakin real, hətta ən yüksək göstəricilərə malik bir kvadratmetr tikinti üçün maksimum 1000-1500 AZN vəsait tələb olunur. Bütün bunlar onu göstərir ki, burada çoxmərtəbəli korrupsiya prosesi baş verir. Tikinti prosesi zamanı aşağıdan yuxarıya, “prarab”dan tutmuş, bu tikintini sifariş edən məmura qədər, korrupsiya piramidası qurublar. Çox ciddi şəkildə bu proseslər nəzəratə alınmalıdır”.

“Misal üçün, jurnalistlər üçün inşa olunan binanın tikintisi zamanı ciddi korrupsiya əməllərinə yol verildiyi rəsmi olaraq təsdiqini tapdı. Digər sahələrdə də anoloji vəziyyət hökm sürür. Bir yerdə cəzasızlıq mühiti hökm sürürsə, bu kimi hallar yenə də mövcud olacaq. Lakin gözləmək ki, binalar tikilsin, sonra tədbir görək, bu kökündən yanlış yanaşmadır. Tikinti ilə bağlı müzakirələrin getdiyi dövrdə qiymətləndirmə şirkətlərinə və ekspert qruplarına müraciət oluna bilər. Bu zaman həmin tikililərin də real qiymətləri ortaya çıxacaq. Bu baş vermədiyinə görə, nəticədə ciddi israfçılıq və itkilər, dövlət büdcəsinin talanması halları baş verir”, – deyə V.Oruc söyləyir.

Onun sözlərinə görə, qonşu Gürcüstanda, Türkiyədə, Rusiyada və digər yaxın dövlətlərdə yolların, körpülərin, inzibati binaların inşası bir manata başa gəlirsə, bizdə bu rəqəm 5 manata qədər artır: “Hesab etmirəm ki, israfçılığa yol verən məmurları həbs etməklə vəziyyəti kökündən həll etmək olar. Düzdür, bu cür hallardan sonra onlarda müəyyən ehtiyatlılıq yaranır. Lakin məsələ kompleks həll olunmur. İlk növbədə korrupsiyaya qarşı mübarizə sistemi işə düşməli, ciddi nəzarət tədbirləri həyata keçirilməlidir. Misal üçün, Şuşanın özündə hər məmur özü obyekt inşa etdirmək istəyirdi. Bunu dövlətin başçısı şəxsən özü etiraf edir. Bu təkcə Şuşada belə deyil, digər regionlarda də belədir. Hər bir iri məmur özün üçün çoxsaylı malikanələr inşa etdirir, əlverişli əraziləri ələ keçirməyə çalışır. Buna dair nə qədər məlumatlar KİV-lərdə və sosial şəbəkələrdə işıqlandırılıb. Düşünürəm ki, Azərbaycan İnvesitisiya Holdinqi bu istiqamətdə zəruri addımlar atacaq. Gözləntilərimiz çox yüksəkdir. Bu yöndə ictimai müzakirələrin aparılması da zəruridir və hər bir vətəndaş bu prosesdə yaxından iştirak etməlidir”.

V.Oruc məsələni mərhələli şəkildə həll etməyin tərəfdarıdır:

“Nəzərə alanda ki, bu proses kifayət qədər geniş vüsət alıb və qarşısını almaq zaman məsələsidir, bu mənada tədrici və sistemli siyasət həyata keçirilməlidir. Əks halda böyük gərginlik və kadr çatışmazlıqları meydana gələ bilər. Həmin binaların təyinatı üzrə dəyişdirilməsi, dövlət üçün gəlirli sahələrə satılması və ya icarəyə verilməsi mümkündür. Həmin binaları iş mərkəzləri, əgər istehsal əraziləri də varsa, malllar kimi istifadə etmək olar. Bununla bağlı xüsusi işçi qrupu yaradılmalı və məsələni nəzarətə götürməlidir”.

Müəllif: Azər Niftiyev   

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko14:15 - Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

24 noyabr

10:21 - Putin Trampın "Sülh Planı"na münasibət bidirdi10:19 - İran Azərbaycanın tankerini saxlayıb? 10:18 - Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN

21 noyabr

13:32 - "Veysəloğlu Distribusiya"nın rəhbər heyəti Böyük Britaniyada qabaqcıl logistika təcrübəsi ilə tanış olub - FOTOLAR09:55 - Dövlət Agentliyinin sədri öz bacısından Agentlik üçün ofis icarəyə götürür09:48 - Bu il ət və ət məhsulları nə qədər bahalaşıb? - Tam siyahı09:46 - "ABŞ-nin Azərbaycanla tərəfdaşlığı ölkənin regiondakı strateji rolundan qaynaqlanır" - "Forbes" nəşri09:44 - Rusiya Kupyanskı şəhərini ələ keçirdi

19 noyabr

13:33 - Maduro ABŞ-a istefasını təklif edib - - "New York Times" 13:31 - Komitə sədri vergilərin artırılmasından danışdı13:29 - Paşinyanın silahdaşı Türkiyə ilə sərhədin tezliklə açılacağının anonsunu verdi

18 noyabr

22:12 - "Qızıl sandıq" lotereyası başladı - İndi ƏDV geri-al çekləri sizə daha çox qazandıracaq16:13 - "ABŞ Paşinyanı belə sülh sazişi hazırlamağa təşviq edə bilər" - Riç Outzen16:12 - "Qonşularla münasibətlərin genişləndirilməsi..." - Abbas Arakçı16:03 - Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi - Keyfiyyət və etibarlılıqda yeni mərhələ

17 noyabr

12:15 - Rusiyanın bu silahı NATO-da təşviş yaratdı11:36 - Dövlət katibinin müavini Zəngəzur dəhlizi üçün Azərbaycana da gələcək11:35 - Azərbaycan Pakistandan aldığı qırıcılar - Rusiyalı ekspert müqaviləni dəyərləndirdi

14 noyabr

18:21 - "Veysəloğlu" və Hollandiya Sahibkarlığın İnkişafı Bankı (FMO) tərəfdaşlığı genişləndirir12:31 - "Türkiyədən Azərbaycana yük daşımalarını təmin etməyə hazırıq" - Paşinyan12:26 - Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır - Daha bir qeyri-müəyyən tender12:24 - Azərbaycan səfirliyinin binasına "İskəndər" raketi düşdü

12 noyabr

12:30 - Trampın oğlu Ermənistana səfərini niyə ləğv etdi? 12:26 - Manatın məzənnəsini uzun müddət sabi saxlaya bilməyəcəyik - - "Büdcədə müəyyən lüzumsuz və şişirdilmiş xərclər var"12:24 - Paraddakı F-16 texnikləri təyyarədə olub - Qəzaya səbəb nədir?

05 noyabr

17:16 - Pensiya kapitalından vaxtından əvvəl istifadə etmək mümkündürmü? - ƏƏSMN-dən daha bir ümidsiz açıqlama