“Örüşü əlimizdən alıblar, Allaha and olsun ki, dolana bilmirik...” - Göyçay sakinləri

23 avqust, 2020 11:04

Göyçay rayonunun,  Xəlitli kəndində sakinlərin  örüş sahəsi kimi istifadə etdikləri torpaqlar əllərindən alınıb, kəndlilər mal-qaranı otarmağa otlaq tapa bilmirlər.

Azsiyasət.com saytı virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə kənd sakinlərinin sosial şəbəkələrdə yayılmış şikayətində    bildiriblər. Onların sözlərinə görə, uzun illərdir örüş sahəsi kimi istifadə etdikləri torpaqlar kənd icra nümayəndəsi tərəfindən zəbt edilib. “Guya ki, örüş sahəsində tut bağı salınıb, ağac əkilib. Bu ərazidə az sayda tut ağacı var. İcra nümayəndəsi boş qalmış ərazidə taxıl- yonca əkir, məhsulları evinə daşıyır. Təsərrüfat sahibləri isə heyvandarlarını otarmağa yer tapmırlar”,-şikayətçilər bildiriblər.

Sakinlər deyiblər ki, bu barədə dəfələrlə icra nümayəndəsinə şikayətlərini çatdırıblar, lakin problem həllini tapmayıb. Xəlitli kənd bələdiyyəsinə, Göyçay Rayon İcra Hakimiyyətinə də şikayət ünvanlayıblar, araşdırma aparılacağı vəd olunub. “Vətəndaşlara dövlət tərəfindən mal-qara  verilir ki, təsərrüfatlar böyüsün, ailələrin qazanc yeri olsun. Bəs təsərrüfat sahibləri heyvanlarını harda otarsınlar? Nümayəndə bu boyda ərazini tutub öz məqsədi üçün istifadə edirsə, sakinlər  nə etsinlər? Göyçay Rayon İcra Hakimiyyətinə də yanlış məlumat veriblər,  guya bu sahədə tut ağacı əkilib. İstəyirik ki, örüş sahələri boşaldılsın,  sakinlərə qaytarılsın”,-şikayətçilər qeyd ediblər.

Kənddə 350-yə yaxın  heyvandarlıq təsərrüfatı var. Şikayətçilərdən biri deyib ki, heyvanları yol kənarına çıxara bilmirlər, maşın vurur, ziyana düşürlər. Məsələn, sonuncu hadisədə tələf olmuş heyvanın pulunu ala bilməyib: “5 nəfərlik ailəyə 37 sot pay torpağım var, bu torpağın hesabına dolana bilmirəm. Eyni sahədən həm əkin, həm örüş yeri kimi istifadə etmək mümkün deyil.  Heyvanlar örüş sahəsinə  girən kimi icra nümayəndəsi tutub aparır, bizi cərimələməklə hədələyir. Bəlkə də 100 ilə yaxındır bu sahə kəndin örüş ərazisidir.  Kəndin xəritəsində də bu ərazilər örüş sahəsi kimi qeyd olunub”.

Sakinlər sual edirlər ki, ərazi tut bağıdırsa, niyə yonca-taxıl əkilməsinə icazə verilir?

Xəlitli kənd icra nümayəndəsi Əhməd Məmmədov isə virtualaz.org-a bildirib ki,  2017-ci ildə Çindən tut tinkləri gətirilib, həmin ərazidə 10 min tut tingi üçün yer ayrılıb. “Bizim boş sahəmiz olmadı, istifadəsiz 4 hektar vardı, 2 hektar ərazidə tut tingləri əkdik, sonradan yerli tut ağacları əkmişik. Mal-qara tingləri məhv edir”.

Ə. Məmmədov əlavə edib ki,  bağda işləyən fəhlələr tərəfindən boş qalmış 1 hektar 70 sota yaxın sahədə yonca əkilib, yəni məhz fəhlələrin dolanışığı üçün əkinə icazə verilib.   

İcra nümayəndəsi kəndlilərin mal-qara üçün örüş yeri olmaması ilə bağlı  dediklərini  qəbul etmir. Onun sözlərinə görə, sakinlərinin pay torpaqları, bəzilərinin həm də bələdiyyə torpaqları var.  Bununla yanaşı, 8 hektara yaxın boş örüş sahəsi mövcuddur: “Şikayətçi yalnız iki nəfərdir, onlar da bütün kəndin adından danışırlar.  Şikayət ərizəsində adı yazılan sakinlərdən neçəsi xəbərsiz olduğunu deyib.  Onlardan şəxsiyyət vəsiqəsi alınıb, nəyə imza atdıqlarını bilməyiblər. Cəmi 4 hektar yarım ərazidir, sakinlərin dedikləri kimi  10 hektar deyil.  Bir-iki nəfər yığışıb şikayət edir, kənd yeridir, digərləri də baxmağa gəlib”.

Kənd bələdiyyəsindən isə deyiblər ki, əvvəllər həmin sahə örüş yeri olub və məsələ ilə bağlı icra hakimiyyəti qərar verəcək.

Göyçay Rayon İcra Hakimiyyətindən isə məsələdən xəbərdar olduqlarını, araşdırıldığını bildiriblər. “Gələn həftə zəng vurub ətraflı öyrənə bilərsiz”,- icra hakimiyyətindən deyiblər.  

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR