Minsk qrupu əvəzinə Türkiyə-Rusiya vasitəçiliyi - Brayzadan mühüm təkliflər

28 avqust, 2020 15:05

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin əməkdaşı Metyu Brayza “Atlantic Council” portalında Ermənistanla Azərbaycan arasında ötənaykı toqquşmalardan, bunun təhlükəli yeni geosiyasi dinamikaya yol açmasından yazıb.

Müəllifin fikrincə, təhlükəni strateji nəqliyyat xətlərinin yaxınlığında ağır silahlardan istifadə, Rusiya və Türkiyənin hərbi qarşıdurması, uyğun vasitəçilik mexanizminin olmaması yaradırdı. 

“ABŞ və Avropa Birliyinin liderliyinin olmadığı şəraitdə Azərbaycanla Ermənistanı döyüş meydanından danışıqlar masasına yönəltmək Türkiyə ilə Rusiyanın üzərinə düşə bilər”, – keçmiş səfir qeyd edib.

Brayza Tovuzun Azərbaycanın müstəqilliyi, iqtisadiyyatı üçün vacib, strateji əhəmiyyətli nəqliyyat xətlərinin üstündə yerləşdiyini, bu infrastrukturun ABŞ və NATO üçün vacib olduğunu qeyd edir. Vaşinqton 25 ildir həmin neft-qaz kəmərlərini Avropadakı müttəfiqlərinin Rusiyadan asılılığını azaltdığı, həmçinin İrandan yan keçdiyi üçün dəstəkləyir. Hava məkanı isə ABŞ-ın Əfqanıstana vacib təchizat kanalıdır.

“Çinin Kəmər və Yol Təşəbbüsünə alternativ olan bu tranzit xətləri həm də Orta Asiya və Cənubi Qafqaz ölkələrinin maliyyə müstəqilliyini saxlamasına kömək edə bilər”, – yazan müəllif Rusiyanın bu marşrutlara qarşı çıxdığını, Tehranın isə Ermənistana ticarət koridorunu genişləndirdiyini yazır.

Keçmiş səfir qeyd edir ki, Azərbaycanın hətta özünümüdafiə məqsədilə olsa belə Ermənistanın Tavuş regionuna atəş açması Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istəməsinə əsas verə bilər. 

“Ermənistan liderləri KTMT-dən Azərbaycana qarşı istifadə etməyə çoxdan çalışıblar. 2016-cı ilin aprel döyüşlərində buna nail ola bilmədilər, çünki münaqişə Azərbaycanın ərazisində gedirdi. KTMT-nin ozamankı baş katibi Nikolay Bordyuja deyirdi ki, hücum Ermənistanın beynəlxalq miqyasda tanınmış ərazisində baş verəcəyi halda KTMT kömək göstərə bilər”, – məqalədə deyilir.

Müəllif Türkiyə rəhbərliyinin toqquşmalarda Azərbaycanı dəstəklədiyini, iyulun 29-dan avqustun 10-dək genişmiqyaslı təlimlər keçirildiyini yazır. Bundan öncə Rusiya Ermənistanın Gümrü şəhərindəki bazasında təlimlər təşkil elədi.

“Suriya və Liviyada olduğu kimi, Cənubi Qafqazda da əks mövqelərdə olan Türkiyəylə Rusiya bundan artıq gərginlik arzulamır”, – yazan səfir Dağlıq Qarabağ münaqişəsində mövcud beynəlxalq vasitəçilik mexanizminin adekvat görünmədiyini qeyd edir. Brayza özü də 2006-2009-cu illərdə ATƏT-in Minsk qrupunun ABŞ tərəfdən həmsədri olub. Qrupun mandatı yalnız Dağlıq Qarabağ və ətraf regionları əhatə edir. Keçmiş səfir qeyd edir ki, hətta mandat genişləndirilsə belə, həm Ermənistanın Baş naziri Nikol Paşinyan, həm də Azərbaycan Prezidenti İlham Əliyev ondan əlini üzmüş kimi görünür.

“Bu səbəbdən diplomatik boşluğu doldurmaq Ankarayla Moskvanın üzərinə düşə, onlar öz müttəfiqlərini danışıqlar masasına qayıtmağa inandıra bilərlər. Rusiya və Türkiyəylə bir sıra sahələrdə fikir ayrılığına baxmayaraq, Birləşmiş Ştatlar və onun Avropadakı müttəfiqləri müdriklik göstərərək belə bir forumu formalaşdıra bilərlər. Bunun alternativi Azərbaycanla Ermənistan arasında emosiya və hərbi gərginliyin qarşılıqlı qızışması ola bilər”, – yazan keçmiş səfir hətta məhdud müharibənin belə NATO və AB-nin asılı olduğu strateji vasitələri sıradan çıxara biləcəyini, bundan yalnız Rusiya, İran və Çinin faydalanacağını vurğulayıb..

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR