Bizə necə taksi lazımdır? - rahat, ucuz və komfortlu…

04 sentyabr, 2020 17:38

Bir neçə il bundan öncəyə qədər köhnə, yararsız, kondisionersiz avtobuslarda canımız çıxırdı. Paytaxt Bakıda nəqliyyat sistemi tamamilə iflic vəziyyətdə idi. Ölkə rəhbərliyinin müvafiq tapşırıqları ilə bu sahədəki problemlər yavaş-yavaş aradan qaldırıldı. Artıq əhali kondisionerli, rahat, komfortlu avtobuslardan istifadə edir, hər kəs mənzilbaşına təhlükəsiz şəkildə çatır.

Hazırda Bakıda xeyli sayda taksi şirkətləri fəaliyyət göstərir. Ancaq bu sahədə xeyli sayda çatışmazlıqlar, boşluqlar və ciddi problemlər var.

Birincisi, taksi şirkətlərindən bir neçəsi – “189”, “9933”, “9111” və s. digərləri dövlətə vergi ödəyirlər. Amma adıçəkilən şirkətlərlə yanaşı taksi xidməti ilə məşğulan “Bolt” və “Uber” kimi qurumlar da var ki, onlar dövlətə heç bir vergi ödəmirlər. Halbuki, çox cüzi fərqlə demək olar ki, bütün bu taksi şirkətlərinin hamısında qiymətlər eynidir. O zaman təxminən eyni qymətlə xidmət edən və eyni qədərdə pul qazanan bütün taksi şirkətləri dövlətə vergi ödəməlidirlər.

İkincisi, hazırda bu şirkətlərlə əməkdaşlıq edən taksilərin bir çoxu tam yararsız vəziyyətdədir: kondisionersiz, nasaz və s. Yaxşı olardı ki, ödədiyi pulun müqabilində sərnişinin mənzilbaşına çatdırılması ilə bərabər, onun rahatlığı da təmin olunsun. Ona görə də taksi şirkətlərinin də vahid mərkəzdən idarə olunmasına, bu sahədəki pərakəndliyin aradan qaldırılmasına, rahatlığın təmin olunmasına ehtiyac var. Bir şərtlə ki, imkansızlıq, kasıblıq ucbatından taksi fəaliyyəti ilə məşğul olan şəxslərin bütün hüquqları tanınsın, əgər şəxsin avtomobili yararsızdırsa, dövlət onu taksi xidmətinə yararlı maşınla təmin etsin. Vətəndaşın əlindən 3-5 manat qazancını almaq olmaz. Söhbət minlərlə taksi sürücüsündən və onların sayı on minlərlə hesablanan ailə üzvlərinin taleyindən gedir.

Üçüncüsü, Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayev ciddi yanlışlığa yol verərək, taksilərin ucuz qiymətə - az qala avtobuslarla eyni qiymətə fəaliyyət göstərdiyini üsyankar şəkildə bildirdi, dediklərindən belə anlaşıldı ki, taksi komfort nəqliyyat vasitəsi sayıldığına görə, ondan ancaq imkanlı insanlar istifadə edə bilərlər. Əgər o, bunun əksini desəydi, insanlardan alqış almış olardı.  Nəticə isə ortadadır: xalq H.Babayevin fikirlərini birmənalı şəkildə pislədi, hər kəs sosial şəbəkələrdə belə bir müzakirəni pislədi və H.Babayev haqlı olaraq BNA-nın şöbə müdiri vəzifəsindən qovuldu.

Dördüncüsü, taksi sürücüləri ilə sərnişinlər arasında tez-tez münaqişələr yaşanır. Bəzən saytımıza da taksi sürücülərinin qeyri-etik davranışları barədə çox ciddi şikayətlər daxil olur. Ancaq insanlar kimə şikayət edəcəklərini bilmirlər. Bu taksi şirkətlərinin əksəriyyətinin yeri-yurdu, nömrəsi, ünvanı bəlli deyil. Sadəcə bir “düymə” basmaqla sifariş yerində olurlar. Bu şirkətlərlə bağlı qanunla tənzimlənən heç bir norma, hüquqi akt yoxdur. Bu baxımdan taksilərlə bağlı vahid hüquqi normaların, kriteriyaların müəyyənləşdirilməsi və vahid idarəçilik formasının tətbiqi mütləqdir. Ki, insanlar kimə, hansı quruma, necə şikayət edəcəyini bilsin.

Beşincisi, bu sahənin tənzimlənməsi üçün taksi xidmətində reformları labüd edən Nazirler Kabinetinin 73 saylı qərarı var. BNA bu məsələdə sadəcə icraçıdır. Ümumiyyətlə, hələki belə bir qərar yoxdur. Bu sahənin tənzimlənməsi üçün ictimai müzakirələrin aparılması vacibdir, tələsik qərar sosial narazılığı, ölkədəki işsizliyin sayını daha da artıra bilər. Elə qərarlar verilməlidir ki, kasıb təbəqə itkiyə məruz qalmasın, əksinə taksi sürücülüyü ilə məşğul olan imkansız təbəqə daha sərfəli şərtlərlə qazanc  və rahatlıq əldə etsin. Eyni zamanda, dövlət də vergisini alsın. Vergi alınacaq deyə, vətəndaşı, kasıb sürücünü çörəksiz qoymaq radikal qərar hesab olunardı və buna getmək təhlükəli tendensiyadır.

Əslində bu məsələnin müzakirəyə çıxarılması yaxşı hal oldu. Çünki BNA-nın özü də bu istiqamətdə təkliflər toplayır və insanların, mütəxəssislərin rəyi mütləq şəkildə nəzərə alınmalıdır.

Ortada müsbət nümunələr var. Məsələn, Naxçıvanda taksi sahəsində ciddi qayda-qanun yaradılıb, bütün taksilər eyni qiymətə, daha komfortlu fəaliyyət göstərirlər. Sürücülər qeyri-etik hərəkətlərə yol vermirlər, hamısının üzü təraş olunmuş halda… Ən əsası, taksi sürücüləri müəyyən psixoloji testlərdən keçərək bu sahədə fəaliyyətə başlayırlar.

Heç kəs və heç bir qurum insanları taksidən, metrodan, yaxud da avtobuslardan istifadə etməyə məcbur edə bilməz. Bu, anormallıq olardı. Odur ki, BNA bu sahədə tənzimləməli işləri görmək istəyiriksə, bütünlükdə bu qurumun fəaliyyətini linç etməyək. Təkliflər verək. Məsələn, yaxşı nümunələr də var axı: bu gün “Baku Bus” insanları rahat və təhlükəsiz şəkildə mənzilbaşına çatdırır.

Ən əsası, BNA və aidiyyatı digər qurumlar nəzər almalıdır ki, hazırda adıçəkilən taksi şirkətlərindəki gediş haqqı hər kəsi qane edir. Hansı qərar veriləcəksə, bu, əhalinin xeyirinə olmalıdır, insanlar büdcəsindən əlavə 1 qəpik də olsun pul itirməli olmasınlar. Çünki təkcə bizim ölkədə deyil, elə bütün dünyada insanlar daha ucuz və keyfiyyətli taksidən istifadə etmək istəyərdi.

Azsiyasət.com

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR