Səngiməyən qiymət artımı: "Vətəndaşları mövcud bahalaşma ilə üz-üzə buraxmaq düzgün olmaz" - MÜSAHİBƏ

12 yanvar, 2022 12:07

“Yeni iş yerlərinin açılması, istehsalın əsas məqsədə çevrilməsi və maddi rifahın yüksəldilməsi ölkənin iqtisadi-sosial inkişafına müsbət təsir edə bilər”.

Bu sözləri ölkədə müşahidə olunan bahalaşma tendensiyana təsir edən amilləri dəyərləndirən “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc Yenicag.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Çörək və unun qiymətinin bahalaşması cəmiyyətdə birmənalı qarşılanmadı və narazılığa səbəb olub. Sizcə, bahalaşmanın səbəbi nədir?

– Un və un məmulatlarının bahalaşması istehlak bazarında digər məhsulların da bahalaşmasına yol açan bir amildir. Çünki bu ildən etibarən bir sıra büdcə təşkilatlarının pensiya və sosial təminat ödənişlərində müvafiq artımlar olacaq. Eyni zamanda, çalışan şəxslərin böyük qisminin əməkhaqqında artım gözlənilir. Dövriyyədə olan pul kütləsinin artması fonunda inflyasiya faizi yüksəlir. Bu isə məhsulların qiymətinə birbaşa təsir göstərəcək. Əslində, bu proses təkcə ölkəmizlə bağlı deyil. Mövcud şəraitdə bahalaşma tendensiyası dünya bazarında da aktualdır. Dünya ölkələrinin əksəriyyəti strateji məhsulların ixracına müəyyən vergilər tətbiq ediblər. Bu həmin məhsulların mühafizəsini təmin etmək üçündür. Un və un məmulatları da strateji məhsullardan hesab olunur, hər bir ölkə üçün vacibdir. Bu baxımdan, əksər ölkələrin çörək və taxıl fondları mövcuddur.

– Sizcə, bahalaşma daha çox hansı sahələrdə baş verəcək?

– Hesab edirəm ki, yanvar ayından etibarən bahalaşma bütün istiqamətlərdə baş verəcək. Bu tendensiyanın qarşısını almaq üçün dövlət vətəndaşların marağını qorumaq naminə müəyyən addımlar atır. Uzun müddətdir ki, dövlət subsidiyalar vermək və yardım etməklə ayrı-ayrı strateji sahələri ayaqda saxlayıb. Bu sahələrdə qiymətin əlçatan olması üçün stimullaşdırıcı tədbirlər həyata keçirilib. Hazırki şəraitdə ərzaq sahələrini qorumaq deyil, əhalinin maddi rifah halını yüksəltmək üçün addımlar atılmalıdır. Çünki tənzimlənən qiymətlər gec və ya tez azad rəqabət mühitinə qarşı dayanıqlı ola bilməyəcək. Yeni iş yerlərinin açılması, istehsalın əsas məqsədə çevrilməsi və maddi rifahın yüksəldilməsi ölkənin iqtisadi-sosial inkişafına müsbət təsir edə bilər.

– Vüqar bəy, mövcud bahalaşmada sui-istifadə halları varmı?

– Əslində, əhali bahalaşmaya hazır olmalıdır və bu bahalaşmanın süni olmadığını bilməlidir. Dünyada baş verən proseslər, enerji daşıyıcılarının qiymətindəki artım, bəzi dövlətlərin milli valyutalarında yaşanan ucuzlaşmalar bahalaşmaya təkan verən amillərdəndir. Pandemiyadan sonra bütün dövlətlərdə valyutaların alıcılıq imkanları aşağı düşüb və bu, təbiidir. Bütün hallarda, vətəndaşları mövcud bahalaşma ilə üz-üzə buraxmaq düzgün olmaz. Ona görə də əhaliyə dəstək üçün müəyyən addımların atılacağı gözləniləndir. Yaxşı olardı ki, daha çox zəruri xərclər müəyyən olunsun və buna uyğun tədbirlər planı hazırlansın.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR