Rusiya hansı səbəbdən Belarusu ilhaq etməyib? -Tarixçi Putinin Belarus hədəfindən danışıb
Rusiya hakimiyyəti Ukraynaya, Litvaya və ya Polşaya zərbə endirə bilər, rusiyalı-amerikalı tarixçi, tarix elmləri namizədi Yuri Felştinski "Qorodon" internet nəşrinin Baş redaktoru Olesya Batsmana müsahibəsində danışıb.
Ekspertin fikrincə, Rusiya Belarus ərazisinə nüvə silahı tullayanda son an gələcək, onda NATO üzvü ölkələr Rusiya-Ukrayna müharibəsinə qoşulacaqlar - bütün gücləri ilə, ona görə ki, termonüvə ssenarisinin qarşısını alsınlar.
"Hesab edirəm ki, Belarus bu səbəbdən dolayı, hələ də ilhaq olunmayıb, Rusiya tərəfindən udulmayıb - formal olaraq hüquqi səviyyədə. Putin istəyir ki, Belarusu formal olaraq, müstəqil dövlət kimi saxlasın və nüvə silahını Belarusa tullasın, Avropaya qarşı Belarusdan nüvə hücumuna başlasın. Bu ümidlə ki, cavab zərbələri Belarusa vurulacaq…" - tarixçi qeyd edib.