Rusiyaya qarşı altıncı sanksiya paketi - Müzakirə başlayır
30 may, 2022 11:59
Aİ-yə üzv ölkələrin daimi nümayəndələri bu gün Aİ sammitindən əvvəl Rusiyaya qarşı altıncı sanksiyalar paketinin təsdiqini müzakirə edəcəklər.
Bu barədə hazırda Aİ Şurasına sədrlik edən Fransa nümayəndə heyətinin müraciətində deyilir.
“Daimi nümayəndələr Rusiyaya qarşı altıncı sanksiyalar paketinin hazırlanmasını öyrənmək üçün bazar ertəsi səhər görüşəcəklər”, - nümayəndə heyəti "Twitter"-də bildirib.
Bundan əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel mayın sonuna qədər yeni anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gəlməyə ümid etdiyini bildirmişdi.
Aİ sammiti mayın 30-31-də Brüsseldə keçiriləcək və əsasən Ukraynaya həsr olunacaq.