Bayden Finlandiya və İsveçin NATO-ya sürətli üzvlüyünü dəstəkləyir - Türkiyə hansı addımları atacaq?
03 iyun, 2022 01:22
ABŞ prezidenti Co Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Bu barədə Ağ Ev məlumat yayıb.
Bayden Finlandiya və İsveçin NATO-ya sürətlə qəbul edilməsini dəstəklədiyini bildirib.
Məlumata görə, görüşdə ABŞ-ın vitse-prezidenti Kamala Harris də iştirak edib. Bayden, Harris və Stoltenberq Rusiyanın Ukraynadakı müharibəsinin transatlantik təhlükəsizliyə təsirini, həmçinin NATO-nun çəkindirmə və müdafiə qabiliyyətini gücləndirməyin vacibliyini müzakirə ediblər.