Co Baydenin Azərbaycan Prezidentinə ünvanladığı məktubun şifrələri və verilən mühüm mesajlar...

03 iyun, 2022 13:16

Hazırda qlobal dünyada baş verən gərgin proseslər fonunda ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi həssaslıqla seçilmiş ifadələrlə zəngin məktub ünvanlaması əlamətdar hadisə kimi qiymətləndirilə bilər. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ünvanlanan məktub ABŞ Prezidentinin Azərbaycan Prezidentinə yazdığı əvvəlki məktublardan məzmun və mahiyyət etibarilə tamamilə fərqlənir.

Amerika Birləşmiş Ştatlarının Azərbaycanı sadiq tərəfdaş kimi gördüyü məktubda diplomatik şriftlərlə və xüsusi əminliklə qeyd olunur. C.Baydenin Azərbaycanda şaxələndirilmiş iqtisadiyyatın təşviqinə dəstək ifadə etməsi ölkənin iqtisadi potensialının gücləndirilməsi istiqamətində yeni üfüqlər formalaşdırır.

ABŞ Prezidenti məktubda iki dəfə “şaxələndirmə” ifadəsini işlədir. İqtisadiyyatın şaxələndirilməsi isə neft amilindən asılılığı azaldır.

Heç şübhəsiz, ABŞ-ın Azərbaycan iqtisadiyyatına açıq dəstək nümayiş etdirməsi Prezident İ.Əliyevin apardığı balanslaşdırılmış, tərəfsiz və praqmatik siyasətinin nəticəsi kimi meydana çıxmaqdadır. Qarşılıqlı sərmayələrin təşviqi, enerji təhlükəsizliyi və transmilli təhlükələrlə mübarizə sahələrində Azərbaycan ABŞ-ın ən etibarlı tərəfdaşıdır.

C.Baydenin məktubunda işlədilən əlamətdar ifadələrin bir neçəsinə diqqət edək:

- Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.

Qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsi zamanı Azərbaycan müxtəlif tərəflər arasında seçim etmək məcburiyyəti qarşısında qalmadı. Əksinə Rusiya ilə münasibətlərini mütəffiqlik səviyyəsinə çatdıran Azərbaycan Ukrayna xalqına da humanitar yardımlarını əsirgəmədi. Rusiya-Ukrayna müharibəsindəki davranışları Azərbaycanın sülhün və təhlükəsizliyin tərəfində olduğunu göstərdi. Hələ indiyə qədər ABŞ da başda olmaqla, heç bir böyük dövlət Azərbaycanı müxtəlif dövlətlərlə ikili standartlı siyasət yürütməkdə ittiham etməyib. Azərbaycan buna əsas verməyib. Cənub Qaz Dəhlizinin əsas aparıcı və istinad qüvvəsi olan Azərbaycan ABŞ və Avropa üçün strateji əhəmiyyət kəsb etməyə bilməzdi. Təkcə Qərb deyil, Şərq ölkələri də daha etibarlı və sabit alternativlər axtarışındadır, bu prizmadan Azərbaycanın potensialı onu bütün dünyada təhlükəsiz inkişafın əsas tərəfdaşı kimi önə çəkir.

- ... təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir.

ABŞ prezidenti məktubda “enerji təhlükəsizliyi” və “sabitləşdirmə” ifadələrini bir neçə dəfə işlətməklə bu məsələlərdə Azərbaycanın əsas tərəfdaş olduğunun mesajını verir.

C.Baydenin “Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarını alqışlayıram...” ifadəsini işlətməsi yeni və əlamətdar dəstək kimi müsbət presidentlər yaradır. Bu, ABŞ-ın Azərbaycanda əhalinin sosial rifah halının yüksəldilməsinə ciddi dəstək verəcəyinin anonsudur.

Məktubda diqqətçəkən digər məqam ABŞ Prezidentinin bir neçə dəfə “sərmayələrin və investisiyların təşviqi” məsələsinə toxunmasıdır. Məlumdur ki, hazırda Qarabağda sürətli bərpa işləri həyata keçirilir. İşğaldan azad edilən ərazilərdə qlobal əhəmiyyətli layihələrin reallaşdırılması ABŞ-ın “sərmayə təşviqi”ni praktiki mərhələyə keçirə biləcək.

Son olaraq qeyd etmək lazımdır ki, C.Baydenin İ.Əliyevə məktubu ABŞ-ın Azərbaycana bütün sahələr üzrə tərəddüdsüz dəstəyini özündə ehtiva edir və bütün bunlar Azərbaycanı Qərb qütbünün ən etibarlı tərəfdaşına çevirir.

Müəllif: Samir Feyruzov 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR