"Referendum avtokratiyadan təngə gələn xalqın sifarişinə cavab verəcəkmı?" - "Detaly" nəşri

06 iyun, 2022 00:24

"Elbası" ("millətin lideri") titulu ləğv ediləcək, prezidentin qohumları dövlət vəzifələrini tuta bilməyəcək"

"Təklif edilən 56 dəyişikliklər seçki sisteminin təkmilləşdirilməsi, prezident üsul-idarədən parlament respublikasına keçidi təmin edəcək" Tənqidçilər referendumun başlıca məqsədinin Tokayevin hakimiyyətinin və sələfinin "istefasının" qanuniləşdirilməsi olduğunu iddia edir

"Yeni Qazaxıstan":

Nursultan hakimiyyəti nədən Konstutusiyanı dəyişir? Bu gün Qazaxıstanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilir.

Bu, ölkə prezidenti Qasım-Jomart Tokayevin şəxsi təşəbbüsüdür və bir çoxları səsverməyə dövlət başçısına dəstək verilməsi üsulu kimi baxır.

Bu barədə "Detaly" nəşrində dərc edilən analitik məqalədə məlumat verilib.

Xalqa müraciətində Tokayev bəyan edib ki, Konstitusiyaya ediləcək dəyişikliklərin məqsədi "yeni Qazaxıstanın" qurulmasıdır.

Ölkənin Əsas Qanununa dəyişikliklər edilməsi ideyası 2022-ci ilin yanvarında kütləvi etirazlar zamanı meydana çıxıb. O zaman benzinin qiymətinin artırılmasına qarşı nümayişlər qanlı toqquşmalara çevrilərək, 230-dan çox adamın həlak olması ilə nəticələnib. Tokayev başda olmaqla etirazları yatırtmaq üçün hakimiyyət Rusiyanın başçılıq etdiyi KTMT qoşunlarının köməyinə əl atıb.

Tokayev iğtişaşların törədilməsində "terrorçuları" ittiham edib, lakin dövlətə xəyanət ittihamı ilə o zaman Milli Təhlükəsizlik Şurasının rəhbəri postunu tutan ölkənin ilk prezidenti Nursultan Nazarbayevin həbsi belə güman yardıb ki, böhranın əsasında liderlik uğrunda gedən mübarizə dayanıb.

İndiki referendum avtokratiyadan təngə gələn ictimaiyyətin sorğusuna cavab olmalıdır. "Yeni Qazaxıstan" super-prezident respublikasından güclü parlamenti olan dövlətə çevrilməlidir.

Lakin tənqidçilər deyir ki, təklif edilən dəyişikliklər kosmetik xarakter daşıyır, referendumun başlıca məqdədi yanvar etirazlarından sonra Tokayevin özünün hakimiyyətinin reabilitasiyası və möhkəmləndirilməsidir.

Yanvar böhranından öncə Tokayev Nazarbayevin kölgəsində olub, o, 2019-cu ildə Tokayevi və onun ən zəngin qohumlarını özünün varisi seçib. Hətta öz postunu tərk edəndən sonra da Nazarbayev "elbası" ("millətin lideri") titulunu saxlayıb, bu rol ona rəsmi vəzifəsindən asılı olmayaraq siyasətin işlənib hazırlanmasına təsir imkananını verib.

Yeni Konstitusiya bu statusu ləğv edir

Digər düzəliş prezidentin qohumlarının dövlət vəzifələrini tutmağa imkan vermir, bu da etirazların dağıdılmasından sonra təsir mövqelərini itirmiş Nazarbayevin və onun qohumlarının təsirinə açıq-aşkar eyhamdır.

Nazarbayevi və onun qohumlarını qazaxların əksəriyyəti hakimiyyətin qəsb edilməsində və son üç onillikdə ölkənin sərvətlərinin mənimsənilməsində suçlayır və sosial-iqtisadi problemlərin səbəbi hesab edir.

Daha bir vacib dəyişiklik milli və regional səviyyədə seckilərin qarışıq seçki sistemi üzrə keçirilməsini nəzərdə tutur, bu zaman parlamentin 70 faizi proporsional və 30 faizinin majoritar sistemlə seçilməlidir. Bundan başqa, Qazazıstanın Konstitusiya Məhkəməsinin bərpası təklif edilir.

Cəmisi Qazaxıstan Konstitusiyasına 56 düzəliş təklif edilib. Lakin bir sıra tənqidçilər bu dəyişikliklərin onilliklər ərzində Nazarbayevin qurduğu avtoritar idarəçilik sistemini həqiqıtən dəyişəcəyinə şübhə ilə yanaşır.

Hökumətin çoxdankı tənqidçisi Əlnur İlyaşev "France 24" nəşrinə deyib ki, indiki referendum Tokayevin hakkmiyyətinin və onun sələfinin "istefasının  qanuniləşdirilməsidir". Onun sözlərinə görə, düzəlişlər etirazçı mülki cəmiyyətin və nüfuzlu hüquq müdafiəçilərinin iştirakı olmadan işlənib hazırlanıb. Konstitusiyada vaxtilə Nazarbayevin qəbul etdiyi və bir nəfərin iki il dalbadal müddətdə prezident postunu tutmağı qadağan edən maddə mübahisəli qalır.

"Dalbadal" sözü dövlət başçısına hakimiyyətin Rusiya ssenarisi üzrə tranzitini həyata keçirməyə yer qoyur.

Tokayev əvvəllər Nazarbayevin ləğv etdiyi Konstitusiya məhkəməsini bərpa etməyi təklif edir, bu zaman məhkəmə sədrinin və hakimlərin müavinlərinin təyin edilməsi səlahiyyətləri əvvəlkitək dövlət başçısında qalır.

Beləliklə, prezident əksəriyyət səlahiyyətlərini, o cümlədən Ali Baş Komandan vəzifəsi, parlamentin buraxılması hüququ, hökumət üzvlərinin təyin edilməsi, ali hakimlərin təyini və işdən azad edilməsini özündə saxlayır. Bununla yanaşı, Konstitusiyaya ediləcək dəyişikliklər, yəqin ki, hər hansı "əleyhinə" kampaniyasının mövcud olmadığı şəraitdə qəbul ediləcək. Böhrandan sonra Nazarbayev ictimaiyyət qarşısına çıxmayıb, lakin bu yaxınlarda verdiyi müsahibəsində Tokayevə və Konstitusiya dəyişikliklərinə dəstəyini ifadə edib.

O, deyib ki, onun qohumları cinayət törədiblərsə, "məsuliyyətə cəlb edilməlidir", lakin onların ədalətli məhkəməyə hüquqları var. O, açıq-aşkar hazırda dövlət əmlakının talan edilməsi ittihamı ilə saxlanılan qohumu, biznesmen Kayrat Satıbaldını nəzərdə tutub.

Referendumda Qazaxıstanın 11, 7 milyon vətəndaşı səs verə bilər. Ölkə boyunca 10 000-dən artıq səsvermə məntəqələri açılıb. Xaricdə səsvermə məntəqələri 52 ölkədə açılıb. Referendumun gedişini 25 xarici ölkənin və 11 beynəlxalq təşkilatların nümayəndələri müşahidə edəcək.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR