Hikmət Hacıyev Vaşinqtonda görüşlər keçirir
06 iyun, 2022 16:43
İyunun 6-da axşam Vaşinqtonda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycan prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyevlə görüşü keçiriləcək. (Görüş Bakı vaxtı ilə gecə yarısı keçiriləcək).
Görüş mətbuat üçün qapalı olacaq. Dövlət Departamenti gündəlik haqqında hər hansı təfərrüat açıqlamır, xəbəri Turan-ın Vaşinqton müxbiri verib.