Baydenin səyləri nəticəsiz qaldı, neft sürətlə bahalaşdı: 2008-ci il həddini də keçə bilər - "Financial Times" nəşri

07 iyun, 2022 13:38

“Səudiyyə Ərəbistanı və digər istehsalçılar bazara daha çox neft vurmaqla bağlı razılığa gəliblər, amma neftin qiyməti düşmək bilmir. Avqust çatdırılmaları üçün nəzərdə tutulmuş Brent neftinin bareli dünən – iyunun 6-da 119.51 dollara bərabərləşib. Bu isə OPEC+ qrupunun ötən həftəki toplantısından öncəki həddən yüksəkdir”.

“Financial Times” qəzetinin Səudiyyə Ərəbistanının addımlarına baxmayaraq neftin ucuzlaşmamasının səbəbləri barədə dərc etdiyi məqalədə belə deyilir.

Qeyd edək ki, Ər-Riyad Ağ evin aylarla çəkən təzyiqindən sonra digər OPEC+ üzvləri ilə hasilatı artırmağa razılaşıb. Artım günə 650 min barelədək əlavə neft deməkdir.

Məqsəd qlobal iqtisadi artımı təhdid edən, ABŞ-da benzini tarixi yüksək həddə yüksəldərək Prezident Co Baydenə siyasi başağrısı yaradan neft bahalanmasını cilovlamaqdır. Təhlilçilər bu razılaşmanın həm də Səudiyyə ilə Bayden administrasiyası arasında buzun əriməsinə işarə olduğunu deyirlər.

Ancaq məsələ ondadır ki, yeni artım gözlənən həcmdən azdır. Hər ay üçün günə 432 min barel ol onsuz da planlaşdırılmış və bazar qiymətinə salınmışdı. OPEC+un daha kiçik üzvləri son aylar günə 2.6 milyon barel daha az neft istehsal edirdi. S&P Global bunun qlobal neft tələbatının 3 faizinə bərabər olduğunu bildirir.

ABŞ OPEC+dan hasilatda daha çox artım gözləyirdi. Məsələ bundadır ki, ABŞ-ın öz təchizatçıları belə yeni quyular qazmağa meylli deyillər. Üstəlik, Venesuelanın sanksiya altında olan neft sektorundan ixracın artırılması cəhdləri nəticəsiz qalıb. Qəzet yazır ki, İranla yeni nüvə sazişi ilə bu ölkənin bazar payının qaytarılması uzaq görünür. Tehran-ın ABŞ daxil dünya gücləri ilə nüvə sazişini bərpa etməsi yönündə danışıqlar gedir.

“Morgan Stanley” qeyd edir ki, Səudiyyənin təchizatı gücləndirmək qərarı OPEC-in ehtiyat hasilat gücünə təzyiqi artırır. Onsuz da bu fövqəladə təchizat buferi tarixi aşağı həddə – günə 2 milyon barellə düşüb.

Digər tərəfdən, istehlak da yüksəlməkdədir. Çin iqtisadiyyatı Covid-19 lokdaunlarından qayıdır. OPEC bu il dünyada günə 100.3 milyon barel neftin işlənəcəyini bildirir. 2021-ci ildə bu göstərici günə 97 milyon barel idi.

“Financial Times” yazır ki, yalnız tələbat səngiyəcəyi halda qiymət sıçrayışı dayana bilər. Ancaq son iki ildə qiymətdə 500 faizdən çox artıma baxmayaraq, neftin qiyməti 2008-ci ildəki tarixi pik həddən aşağıdır. Yəni, təhlilçilər qiymətin daha da yüksələcəyini istisna etmirlər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR