Cəzaçəkmə müəssisələrində məhbuslar niyə ölür? - Məhbuslara gün ərzində xərclənən vəsait, islah problemi və ...

07 iyun, 2022 18:21

Bu gün yayılan məlumatlara görə, müxtəlif cinayətlər törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuşlar – Vüqar Babayev, Elnur Qəribov, Amaxan Nəcərov, Elçin İsmayılov, Etibar Əliyev, Rauf Namazov və Xəzər Əsədullayev Penitensiar Xidmətin müalicə müəssisəsində dünyasını dəyişiblər.

Qeyd edim ki, 2021-ci il aprel ayının 8-də Avropa Şurasının məhbusların sayı barədə açıqladığı hesabatında Azərbaycanda 21012 məhbusun olduğu göstərilir.

Əldə etdiyim məlumatlara görə, bu rəqəm sürətlə artır və hazırda Azərbaycan cəzaçəkmə müəssisələrində 24 min 500 məhbus var.

- Azərbyacanda bir məhbusun günlük xərci isə 15 manat 80 qəpikdir. Təkcə narkotik cinayətlərinə görə həbs edilən 12 min məhbusun günlük xərci 189 min 600 manat təşkil edir. Bir ay ərzində isə daha fantastik rəqəm alınır: 5 milyon 688 min manat!

Dövlət təkcə narkotik cinayətlərinə görə həbs edilən şəxslərə gün ərzində 189 min 600, ay ərzində isə 5 milyon 688 min manat pul xərcləyir.

Məsələ bundadır ki, eyni cinayət əməlini (narkotik maddələrlə bağlı) təkrar törədən cinayətkarların sayı da durmadan artır. Deməli, məhbuslar cəzaçəkmə müsəsisələrində islah olunmur. Digər tərəfdən, hər kəsə məlumdur ki, məhbusların ailə üzvləri onların həftəlik, aylıq yeməklərini cəzaçəkmə müəssəsisələrinə aparırlar. O zaman bu qədər vəsait hara gedir? Dövlətin ayırdığı külli miqdarda vəsait onların islah prosesinə yönəldilməlidir.

Görünən budur ki, bu vəsait onların sağlamlığına da yönləndirilməyib. Bu gün yerli mediada yayılan xəbərlər bunu bir daha təsdiqləmiş olur. Hamam pullu, dərman pullu, müalicə müəssisələrində də yalnız imkanlı məhbuslar müalicə ala bilirlər və s... Məsələn, həbs edilən məmurların əksəriyyəti aylıq pul müqabilində tibb məntəqəsində əsl istirahət edirlər. Bunun da aylıq qiyməti var, 3-5 min manat!

Onu da qeyd edim ki:

- 24 min nəfər məhbusun 11%-i , yəni 2600 nəfər şəxs 234.1-ci maddə ilə (satış məqsədi olmadan əldə etmə və saxlama) həbs edilib.

- Məhbusların 34%-i 234.1.5-ci maddə ilə (satış məqsədilə əldə etmə və saxlama) həbs edilib. Bu da 6500 nəfər təşkil edir.

- Təqsirləndirilən və istintaq altında olan şəxslərin sayı isə 2800 nəfərdir.

Adi riyazi hesablama ilə bu rəqəmləri toplayanda aydın olur ki, həqiqətən də ölkədəki məhkumların 50%-i narkotik maddələrə görə həbs edilib.

Müəllif: Samir Feyruzov

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub