Avropalılar 20 milyard kub metr qaza, 500 min barel neftə necə qənaət edə bilər? - Fatih Birol açıqladı

09 iyun, 2022 01:13

“Avropalıların mənzillərində istilik temperaturunun aşağı salınması hesabına Rusiyadan idxal edilən təbii qazın miqdarına kifayət qədər qənaət etmək mümükündür”.

Bu fikri Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol Danimarkada qurumun təşkil etdiyi enerji səmərəliliyi üzrə illik qlobal konfransda çıxış edərkən səsləndirib.

“Bu qış təbii qaz bazarları məni xüsusilə narahat edir. Əgər isitmə dövrü sərt və uzun keçərsə, demək olar ki, bizi çox çətin günlər gözləyir”, – deyə Birol bəyan edib.

Onun sözlərinə görə, aparılan hesabalamalar gösrərib ki, avropalı istehlakçılar evlərində temperaturu iki dərəcə aşağı salsalar, o zaman 20 milyard kubmetr mavi yanacağa qənaət etmək mümkündür ki, bu da Rusiyadan “Şimal axını” ilə Avropaya təbii qaz axınına bərabərdir.

BEA rəhbəri, həmçinin xatırladıb ki, bu yay turizm mövsümündə artan tələbat fonunda neft məhsulları bazarında çətin vəziyyət yarana bilər ki, onun da dəyəri nəzərəçarpacaq dərəcədə arta bilər.

“Sadəcə magistral yollarda hərəkət zamanı sürət həddinin 10 km/saat azaldılması avropalı istehlakçılara gündə 500 min barel nefti qənaət etməyə gətirib çıxarar ki, bu da OPEC+ ölkələrinin hasilatın aylıq artımına bərabərdir”, -deyə Fatih Birol bildirib.

BEA rəhbəri vurğulayıb ki, hökumətlərin düzgün enerji siyasəti hətta yeni texnologiyalar olmadan da yaxın 7 ildə Çinin bütün enerji istehlakına bərabər enerjiyə qənaət etməyə imkan verə bilər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR