AMEA-da nə baş verir? - "FETÖ"-çü, "5-ci kolon" və İrana işləyənlər var!"

09 iyun, 2022 12:03

“Akademiya Azərbaycan elminin elit kəsiminin olduğu bir elm ocağıdır”.

Bu sözləri Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilov deyib.

O, son günlər Akademiyada baş verən hadisələrə münaisbət bildirib. Xatırladaq ki, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov haqsızlığa məruz qaldığını deyərək, hamını şoka salacaq intihar anonsu verib.

O cümlədən AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov Milli Elmlər Akademiyasında vəziyyətin müsbətə doğru dəyişmədiyini, əvvəlki problemlərin qaldığını bildirib və Akademiyadakı vitse-prezidentlər İsa Həbibbəyli ilə Gövhər Baxşəliyevanın yeniliyə açıq olmadığını vurğulayıb.

Öz növbəsində F. Cəlilov söyləyib ki, Akademiyada nə vaxt prezident milli adam olubsa, Akademiya inkişaf edib, alimlərimiz kəşflər ediblər:

“Elə ki, Akademiyaya “beşinci kolon”un adamını qoydular, Akademiya bu günə düşdü. Akademiyada böyük islahat lazımdır. Məsələn, 500 işçisi olan bir institutda bu qədər əməkdaşa nə ehtiyac var? Onları çeşidləmək və 100-200 nəfər elmi məhsul verə bilən, əsl elmlə məşğul olan adamları saxlayıb maaşını 3-4 qat qaldırmaq lazımdır. O biriləri də ixtisar etmək. O ixtisara düşənlərin də maaşlarını bunlara vermək lazımdır. Bu, iqtisadi yolla olan islahatdır. Daha sonra yeni institutlar açmaq, bəzilərini isə bağlamaq lazımdır. Bəzi insitutları da birləşdirmək gərəkdir. Yəni orada məntiqə uyğun islahatların olması vacibdir, lakin bunu aparan adam da yoxdur. Məni çağırsınlar oraya – hansı ki, mən vəzifə filan istəmirəm – və tapşırsınlar ki, 3-4 ay sənə vaxt veririk ki, Akademiyada islahatlar aparasan. 3-4 aydan sonra görsünlər nəticəni”.

Sabiq nazir deyir ki, Akademiyanın mövcud problemlərinin əsas səbəbi ölkədə gedən iqtisadi böhran və onun müxtəlif qurumlardakı təzahürüdür:

“Əsl səbəb budur və bunu da qızışdıran, eləcə də körükləyən “beşinci kolon”unun adamlarıdır. Bilirsiniz, Akademiyadakı bütün “köhnə qvardiya”nı “beşinci kolon” saymaq düzgün olmaz. “Köhnə qvardiya”nın içində çoxlu milli alimlərimiz və ziyalılarımız var. Amma onların başının üstünə gətirib bir nəfər binamusu qoyanda ölkə bu günə düşür. Ona görə də, açıq söhbət etmək lazımdır. O milli alimləri toplayıb məsələləri çözmək vacibdir. Yalnız onların köməyi ilə islahat aparıla bilər, yoxsa köhnə komanda – qocalar, yeni komanda – cavanlar şəklində ayırma, məncə, heç düzgün bir şey deyil. Elə bu cavanların içində nə qədər FETÖ-çü, nə qədər “beşinci kolon” üzvü, nə qədər İrana işləyənlər var?! Yəni mən onun əleyhinəyəm ki, Akademiyada yaşlılar və cavanlar bölgüsü düz deyil”.

“O ki qaldı Akademiyanın ləğvinə, bu, bir dənə əmrlə ləğv olunur, vəssəlam! Amma bundan sonra oradakı 10 min adamı haraya yerləşdirəcəksən? 10 min adamın da yerdə qalan 50 min ailə üzvlərini hesabla. Ləğvetmə çıxış yolu deyil, əksinə, bu, məsələni daha da dolaşdırır. Yeganə yol islahatdır. Necə etmək lazımdır, bayaq dedim. Çağırsınlar məni, yığım orada alimləri, müzakirə edək, proqram tutaq və bunu da 3 ayın içində yerinə yetirək”, - deyə müsahibimiz yekunlaşdırıb(yenisabah.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR