"Azərbaycanda sabitliyi niyə pozaq?" - Rusiya çox irrasional gözlənilməz hərəkət edə bilər...

09 iyun, 2022 20:54

"ABŞ-ın Azərbaycanda sabitliyi pozmağa çalışması barədə fikir, yumşaq desək, əsassızdır. Belə informasiya Azərbaycanın Qərb dövlətləri, ilk növbədə ABŞ ilə yaxınlaşmasını və əməkdaşlıq etməsini istəməyən yerdən gələ bilər".

Bunu iyunun 9-da ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer "Turan"ın "Niyə Bakıda hesab edirlər ki, Qərb sabitliyi pozmaq, rəngli inqilab təşkil etmək istəyir və bu məqsədlə müxalifəti və Azərbaycan hökumətinin tənqidçilərini maliyyələşdirir" sualının cavabında bildirib.

"İnvestisiyaların həcminə nəzər salsaq, görərik ki, biz sülh və sabitlikdə maraqlıyıq. 90-cı illərin əvvəlindən biz Azərbaycana 1.5 milyard dollardan çox investisiya qoymuşuq. Qərb üçün belə mühüm enerji resursları təchizatçısı olan ölkədə niyə sabitliyi pozaq? Bunun heç bir mənası yoxdur", - səfir vurğulayıb. Səfirin fikrincə, ola bilsin ki, bu fikir ABŞ-ın fundamental azadlıqlara hörmət etmək çağırışından yaranıb:

"Rəsmi şəxslərlə çoxsaylı görüşlərdə qeyd etmişik ki, söz və sərbəst toplaşma azadlığı kimi fundamental hüquqların qorunması vəziyyəti sabitləşdirməyə kömək edir, onu pozmağa yox. Regionda sabitliyə təhlükə ABŞ yox, məhz Rusiyanın Ukraynaya qarşı təcavüzüdür".

Örl Litzenberqer "Azərbaycan və ya digər keçmiş sovet respublikaları da Ukrayna kimi təcavüzə məruz qalarsa, ABŞ onlara hərbi dəstək göstərəcəkmi" sualının cavabına da cavab verib. Diplomat vurğulayıb ki, “Vladimir Putinin etdiklərindən bütün ölkələr üçün verilən siqnal oldu ki, o, sərhədləri tanımır və bu, onun hərbi ambisiyalarıdır".

Səfir təəssüflə əlavə edib ki, Rusiya çox irrasional və gözlənilməz hərəkət edə bilər: "Mən region ölkələrinin niyə belə narahat olduqlarını başa düşürəm".

ABŞ səfiri daha sonra da əlavə edib: "Düşünürəm ki, ABŞ bütün ölkələrin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyəcək. Əgər biz belə təhdidləri görsək, müvafiq və mütənasib tədbirlər görüləcək".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR