ABŞ "vahid Çin" siyasətinə sadiqdir" - Pentaqonun rəhbəri
11 iyun, 2022 21:13
Birləşmiş Ştatlar Tayvan boğazında mövcud vəziyyəti saxlamağı planlaşdırır. Vaşinqton vahid Çin siyasətinə sadiqdir”.
Bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
Lakin o qeyd edib ki, ABŞ Çindən Tayvan yaxınlığında artan təxribatçı və sabitliyi pozan fəaliyyət görür: “Biz əvvəlki kimi Tayvan boğazında sülhün, sabitliyin və status-kvonun qorunmasına köklənmişik. Lakin Çinin hərəkətləri Hind-Sakit Okean regionunda təhlükəsizlik, sabitlik və rifahı pozmaq təhlükəsi yaradır”.
Pentaqonun rəhbərinin sözlərinə görə, ABŞ fikir ayrılıqlarının sülh yolu ilə həllinin tərəfdarıdır: “Bura Tayvana özünümüdafiə qabiliyyətini saxlamağa kömək etmək də daxildir”.