Rusiyanın neft-qaz sektorunu nə gözləyir? - "Finacial Times" nəşri

13 iyun, 2022 09:37

“Avropa Birliyi və Böyük Britaniya Rusiya neftinin dənizlə daşınmasını mümkünsüz edə bilər”

ABŞ və Avropa Birliyinin Rusiyanın enerji sektoruna qarşı tətbiq etdiyi sanksiyaların tam şəkildə reallaşmasına hələ bir neçə ay var. İndi Moskva öz yanacağına yeni alıcılar axtarışına girişib. Ancaq uzun illər ərzində formalaşan böyük bir enerji bazarının itirilməsi Rusiya üçün ağır nəticələr verəcək və onun yerinin doldurulması müşkül məsələdir.

Böyük Britaniyanın “Finacial Times” qəzeti “Rusiyanın neft və qaz sahəsi çöküşə məhkumdurmu?” başlqlı məqaləsində Rusiyanın neft və qaz sektorunun mövcud vəziyyətinə və gələcək perspektivlərinə toxunur.

Həmin məqaləni təqdim edirik: ”Planetin təbii qaz ehtiyatının dörddə biri, neft ehtiyatının isə 5%-i Rusiya ərazisində yerləşdiyindən, bu ölkənin iqtisadiyyatında uzun müddətdir ki, enerji sektoru dominantlıq edir. Ukraynadakı müharibə səbəbindən Qərbin sanksiyaları ilə üzləşən Rusiyanın enerji sahəsinin gələcəyinin necə olacağı sual doğurur.

“BP”, ”Shell” və “Exxon Mobil” kimi əsas xarici tərəfdaşlar Rusiyadan çıxırlar, beynəlxalq neft xidməti şirkətləri investisiyaların kəsiləcəyini bildiriblər, xeyli sayda alıcı isə Rusiya neftindən imtina etməyə başlayıb.

Amma hər halda Rusiya təbii qazı Avropaya axmaqda davam edir, neft hasilatı azalsa da, çökməyib. Hətta Rusiya enerji şirkətləri hasilatı artıra bilsələr də ixrac bazarının daralması və milyardlarla dollarlıq investisiyanın Asiyaya yönəldilməsi cəhdi uzunmüddətli perspektivdə çöküşün başlanğıcı təhlükəsi demədkir.

Rusiyanın iri enerji şirkətləri 1990-cı illərin əvvəlindən qurulmağa başlayıb. Onda ölkənin neft-qaz ehtiyatları çox məhdud şəxslər arasında bölüşdürülmüşdü. Rusiyanın “Rosneft” şirkəti 1993-cü ildə yaradıldı və Kremlin dəstəyi ilə rəqiblərinin aktivlərini ələ keçirərək, neft hasilatında ən böyük şirkətə çevrildi. Hazırda “Rosneft”in xam neft hasilatındakı payı 40 %-i ötür.

Rusiyanın ikinci ən böyük neft şirkəti “Lukoil” 1991-ci ildə üç dövlət şirkətinin birləşməsi nəticəsində yaradılıb. Bunu həmin vaxt SSRİ Neft-qaz Sənayesi nazirinin birinci müavini işləyən Vahid Ələkbərov edib.

“Qazprom”şirkəti 1992-ci ildə özəlləşdirilib. İndi bu şirkət beynəlxalq bazarın ən iri oyunçularından sayılır. Keçən il “Qazprom” 540 milyard kub metr həcmində qaz hasil edib ki, bu da ”BP”, ”Shell”, ”Chevron”, ”ExxonMobil” və Səudiyyə Ərəbistanının “Aramco” şirkətlərinin birgə hasilatından çoxdur.

2021-ci ildə “Rosneft” 11,7 milyard dollar gəlir götürdüyünü bildirmişdi, həmin ildə “Qazprom”-un əldə etdiyi xalis gəlir isə 29 milyard dollar təşkil edib.

“Rostneft” və “Qazprom”un gəlirləri artdığı üçün onlar neft-qaz sənayesindəki xidmət sektorunun inkişafına böyük vəsaitlər xərcləyiblər. Məsələn, 2020-ci ilin sonunda “Rosneft” şirkətinin 344 qazma qurğusu olub.

Lakin Rusiya neft-qaz sektorunun Barens dənizi kimi uzaq rayonlarda yeni yataqlarda iş görməsi üçün daha mürəkkəb texniki analizlər aparmaq bacarığı yoxdur.

“Oksford Enerji Araşdırmaları İnstitutu”nun(Oxford Institute for Studies) eksperti Ceyms Henerson izah edir: “Rusiyanın xidmət şirkətləri Qərb avadanlıqlarının bir hissəsinin oxşarını düzəldə bilirlər, amma onlar hələ ki, proqram təminatlı avadanlıqlar yarda bilmirlər. Ona görə də “Rosneft”in Arktika layihəsinin şansı çox azdır”.

B.Britaniyanın “Lukoil” prezidenti Vahid Ələkbərova qarşı sanksiya tətbiq etməsindən sonra o, öz postundan istefa verib.

V.Ələkbərov “Finacial Times”a verdiyi müsahibəsində bildirib: ”Rusiyanın özünün keyfiyyətli texnologiyası var. Əlbəttə, işlərin görülməsilə bağlı bəzi dəyişikliklər olacaq, amma normal rejimdə inkişaf etmək üçün Rusiya neft sənayesinin kifayət qədər potensialı var”.

Ələkbərovun əminliyinin əksinə olaraq, analitiklər bu sahənin perspektivini təkcə şirkətlərin hasilatı davam etdirə bilmələrilə yox, onların məhsullarının alıcılarının olmasıyla bağlayırlar.

2021-ci ildə Rusiyanın ixrac neftinin yarısından çoxunu alan Avropa Birliyi bu ilin sonuna kimi dənizlə daşınan Rusiya neftindən imtina edəcək. Bundan başqa, Avropa Birliyi 2027-ci ilədək Rusiyadan qaz tədarükünə tam şəkildə son qoyacağına qərar verib.

Rusiya ixrac mallarına qoyulan embarqo neft hasilatına da təsirsiz ötüşməyib. Neft yataqlarının aktivliyini dəyərləndirmək üçün dövlət statistikasından və peyk şəkillərindən istifadə edən “OilX” analitik şirkətinin məlumataına əsasən, bu ilin aprel ayında Rusiyanın neft hasilatının gündəlik orta həcmi 10,05 milyon barel olub ki, bu da mart ayındakı 11,01 milyon bareldən azdır.

Rusiya Maliyyə Naziri Anton Siluanov bu ilki hasilatın 17 faiz aşağı düşəcəyini bildirmişdi. Bu isə gündə təxminən iki milyon barel deməkdir. Rusiya neft sənayesi ümid edir ki, Avropaya tədarük etdiyi məhsulları digər ölkələrə yönəltmək mümükün olacaq.

Milli Enerji Təhlükəsizliyi Fondunun rəhbəri Konstantin Simonov “Finansial Times”-a verdiyi müsahibəsində deyib: ”Əgər Rusiya Avropa bazarından çıxarılsa, bu neft sadəcə olaraq Hindistan, Çin və digər ölkələrə yönələcək”.

Müharibə başlayandan indiyədək Hindistan dəniz nəqliyyatı vasitəsilə Rusiyadan idxal etdiyi nefti əhəmiyyətli dərəcədə artırıb. Gözlənilir ki, növbəti karantin təcridlərindən sonra Çin də Rusiyadan aldığı neftin həcmini artırsın.

Amma buna baxmayaraq, Qərb şirkətlərinin Rusiyanı tərk etməsindən sonra onun aktivlərinə Çində alıcı tapılacağı gözlənilsə də, hələ ki, heç bir sövdələşmə bağlanmayıb.

Böyük Britaniyanın “Wood Mackenzie” konsaltinq şirkətinin Rusiya sektoru üzrə eksperti Maykl Moyninqen(Michel Moyninhan) deyib: ”Çin şirkətləri neft tədarükünə tam təminat almaq üçün Rusiya layihələrinə investisiya yatırmamaq qərarına gələ bilərlər. Əgər çinlilər əmin olsalar ki, onlar onsuz da Rusiya neftini alacaqlar, o zaman onların şirkətləri investisiya layihələrinə nəyə görə pul qoymalıdırlar? Çin Rusiyanın başqa çıxış yolu olmadığını bildiyi üçün yeni boru kəmərlərinin çəkilməsi xərclərinin bir hissəsini öz üzərinə götürməyəcək”.

Enerji daşıyıcıları ixracını Avropadan Asiyaya yönəltmək mürəkkəb və ağır prosesdir. Gəmi daşımalarının gücü bütün ixracın dəniz vasitəsi ilə həyata keçirilməsinə kifayət etmir. Bundan əlavə, yeni məhdudiyyətlərin gəlməsi də mümükündür. Əgər Avropa Birliyi və Böyük Britaniya Rusiya neftini daşıyan tankerlərin sığortalanmasına qadağa qoyarsa, neftin dənizlə daşınması mümkünsüz hala gələr.

“Qazprom”un vəziyyəti xüsusilə mürəkkəb olacaq. Belə ki, onun bütün infrastrukturu Avropaya doğru hədəflənib. Rusiyanın şərq hissəsi ilə qərb regionlarını birləşdirəcək qaz kəmərləri hələ ki, yoxdur. Bu ilin fevralında Rusiya qaz tədarükü ilə bağlı Çinlə 30 illik müqavilə bağlayıb. Həmin müqaviləyə görə, Rusiyanın Yamal yarımadasındakı qaz yatağını Monqolustan ərazsisindən keçməklə Çinlə birləşdirəcək 2600 kilometrlik boru kəməri tikliməlidir. Bu kəmərin tikilməsinə xeyli vaxt sərf olunmalıdır.

“Qazprom” alternativ kimi hasil edəcəyi qazı “Sıxılmış Təbii Qaz”(STQ) halına salıb, dəniz yolu vasitəsilə nəql edə bilər. Lakin Rusiyanın 2035-ci ilə kimi illik 30 milyon tonluq “STQ”-nin 120 milyon tona çatdırmaq hədəfi hədsiz çətin işdir.

Avropa sanksiyaları Rusiyaya sıxılmış qaz istehsalı ilə bağlı məhsul və texnologiya göndərilməsinə qadağa qoyub. Rusiyanın “NOVATEK” şirkətiin 21 milyard dollarlıq “Arktika STQ-2” və “Qazprom” şirkətinin “Baltik STQ” layihələrinin reallaşdırılması Qərb texnologiyasından asılıdır.

Avropanın “STQ” texnologiyasını Rusiyanın öz məhsulları ilə əvəzləməsi üçün illər gərəkdir, ona görə də Rusiyanın STQ strategiyasının gələcəyi böyük sual altındadır.”

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"