İrandan Azərbaycana qarşı yönələn təhdidlər: 3 istiqamət... - TƏHLİL

18 iyun, 2022 13:16

İrandan Azərbaycan dövlətinə qarşı əsasən 3 istiqamətdə təhdid mövcuddur:

1. Radikal dini (İdeoloji xətt) - 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqı sabit ideoloji qıtlıqdan əziyyət çəkirdi. Azərbaycandakı ideoloji boşluqdan kifayət qədər faydalanan İran ölkəmizdə "teoloji qurğu"lar və "şəriət aypara"sı qurmağa başladı. Din relsləri üzərindən Azərbaycan xalqının üzərinə yeriyən İran 30 il ərzində kütlənin təhtəlşüuruna ideoloji basqın edərək insanları dövlətçilik məfhumundan ayırmağı hədəflədi.

2. Narkotrafik: narkotik seli (Kriminal xətt) - İran Azərbaycanda narkotik vasitələrin satışından əldə etdiyi gəlirlərlə Qarabağda, Suriyada və İraqda terrorçuları maliyyələşdirir. Şübhəsiz, İranla Ermənistan və Qarabağdakı terrorçu rejim arasında 30 il ərzində böyük narkotik ticarəti mövcud idi, ərazilərimizdə İranın nəzarətində olan böyük narkoplantasiyalar var idi. Torpaqların azad olunması ilə İranın nəhəng "biznesi" də məhv oldu. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda qanunsuz narkotik dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən 17 nəfər İran vətəndaşından götürülən narkotik maddələrin dəyəri 30-40 milyon manat təşkil edir. Hər ay İrandan Azərbaycana təkcə 1 ton ən aşağı keyfiyyətli heroin gətirilir. İranın əsas məqsədi Azərbaycan xalqının genefondunu məhv etmək və burada şikəst, iradəsiz nəsil formalaşdırmaqdır.

3. Sosial şəbəkələr ("virtual cəbhə") - Qarabağın azad edilməsindən sonra İranda Azərbaycana qarşı sistemli kampaniya aparan böyük səhifələr, yutub kanallar yaradıldı. Bu, İranın Azərbaycana qarşı "təhdid kolon"unda yeni istiqamət kimi ortaya çıxdı və İran Azərbaycana qarşı həm də "virtual cəbhə" firmalaşdırdı. Cənub qonşumuzun xüsusi xidmət orqanları Azərbaycana qarşı "virtual cəbhə"yə İranda təhsil alan azərbaycanlıları cəlb edərək, təhdidləri, ittihamlari əsasən bu şəxslərin dili ilə həyata keçirməyə başladı.

Dini xurafat xalqı dövlətçilik təfəkküründən ayırır, narkotik isə fiziki və mənəvi baxımdan məhv edir. Hazırda regionda dünyada baş berən gərgin münasibətlər fonunda Azərbaycan öz milli maraqlarını qorumağı bacarır.

Bəs İranı narahat edən, Azərbaycana qarşı aqrrssivləşdirən hansı amillərdir?

Birincisi, Azərbaycanın sürətli şəkildə Qərbə inteqrasiyası

İkincisi, Avropanın qaz və enerji təminatında Azərbaycanın əsas alternativ kimi önə çəkilməsi

Üçüncüsü, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesi istiqamətində atılan addımların gözlənilən real nəticələri

Dördüncüsü, İsrail-Azərbaycan münasibətlərinin ən üst səviyyəyə çatması və strateji hal alması

Beşincisi, Azərbaycanın neft ölkəsi olması ilə bərabər, həm də dəhliz ölkəsinə çevrilməsi

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR