"Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer

28 iyun, 2022 17:23

Henri Kissincer yenidən Rusiya və Putinin özü ilə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.

“Stern” xəbər verir ki, ABŞ-ın keçmiş dövlət katibi Amerika və Çin arasında gərginliyin artdığını deyib:

"Bu, hazırda mənim ən böyük narahatlığımdır. Buna görə də Ukrayna müharibəsi başa çatdıqdan sonra Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam”.

Kissincer, həmçinin, Davos sammitində Ukrayna ilə bağlı səsləndirdiyi son fikirlərin yanlış şərh olunduğunu vurğulayıb:

"Bir gün müharibə bitəcək və bu müharibədən sonra Ukrayna ilə Rusiya arasında münasibətlər yenidən müəyyənləşəcək. Eyni şey Avropaya da aiddir. Müharibə nəticəsində Rusiya parçalansa, bu, Orta Asiya və Yaxın Şərqdə xaosa gətirib çıxaracaq".

Henri Kissincer Putinlə sülh sazişinin bağlanmasının vacibliyini qeyd edib. O, Rusiyanın Çinin müttəfiqinə çevrilməsinə dair xəbərdarlıq edib:

"Rusiya olmadan Avropanın XVII əsrdən etibarən tarixini görmək mümkün deyil. NATO Avropa kimi Rusiya ilə Avropa arasında yeni əlaqələr tapmaq üçün kifayət qədər güclü olmalıdır. Belə bir həll Avropa tarixinə uyğundur.

İki vəzifəmiz var: birincisi, strateji cəhətdən güclü olmaq və başqa bir hökumətin hökmranlığına məruz qalmamaq, ikincisi, münasibətləri elə qurmaq lazımdır ki, Birinci Dünya müharibəsindən əvvəlki avropalılar kimi, yuxuda ikən qəfil ovlanmayaq".

"Ukraynalılar indiyə qədər qəhrəman olublar və öz azadlıqlarının müdafiəsində böyük rol oynayıblar, - deyə Kissincer vurğulayıb. - Amma digər ölkələrin öz tarixi və cari maraqları var və Ukrayna ilə eyni səfdə olmaq məcburiyyətində deyillər. Siyasətin mahiyyəti budur".

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub