FTX əməkdaşları rejim əleyhdarlarını rahat ölməyə də qoymur - Rusiyada 1937-ci il kabusu...

05 iyul, 2022 00:51

Rusiya Federasiyasında çoxdandır ki, prezident Vladimir Putin rejiminin əleyhdarları barədə məlumat bazası toplanıb və ölkədə "böyük ov" başlaya bilər.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları insanı hətta ölüm ayağında haqlayacaq.

Bu barədə özünün "Facebook" səhifəsində rusiyalı müxalifətçi, sosioloq, Boris Nemtsovun yaxın qohumu İqor Eydman yazıb.

Onun sözlərinə görə, FTX əməkdaşları bütün yadfikirliləri "rahat ölməyə də qoymayacaq". "Ölümcül xəstə olan fizika-riyaziyyat elmləri doktoru Kolkeri məhz xəstəxana çarpayısından ayırıb həbsxanada iki günə həyatına son qoyublar", - Eydman qeyd edib.

Sosioloq güman edir ki, Rusiyada hər şey 1937-ci ilin hadisələrinin təkrarına aparır (1937-1938-ci illərdə SSRİ-də ən kütləvi siyasi repressiyalar baş verib). "Kütləvi repressiyalar üçün artıq hüquqi baza yaradılıb. Rejim əleyhdarlarının məlumat bazaları çoxdan toplanıb. "Çekistlər" yuxarıdan böyük ovun başlanması siqnalını gözləyərək, onların caynağına keçənlər üzərində məşq edirlər", - ekspert xəbərdarlıq edib.

Eydman Novosibirsk Dövlət Universitetinin kvant optik texnologiyalar laboratoriyasının müdiri Dmitri Kolkeri xatırlayaraq, onun həbs edildikdən üç gün sonra "Lefortovo" istintaq təcridxanasında vəfat etdiyini xatırladıb.

Alim, guya, "dövlər sirrini təşkil edən məlumatların Çin Xalq Reslublikasına təqdim etməkdə" ittiham edilib.

Kolker birbaşa xəstəxanada həbs edilib, orada o, mədəaltı vəzin 4-cü mərhələdə xərçəngi ilə müalicədə olub və sərbəst hərəkət edə bilməyib.

Bir neçə gün öncə bu işlə bağlı özül qaz dinamikası üzrə tanınmış mütəxəssis, Rusiya Elmlər Akademiyası Sibir şöbəsinin  S.A. Xristianoviç adına nəzəri və tətbiqi mexanika institutunun rəhbər müavini professor Anatoli Maslov saxlanılıb.

Hər iki alim Moskvadakı "Lefortovo" istintaq təcridxanasına yerləşdirilib. Kolker kimi, Maslov da Çinə məlumatlar ötürməkdə ittiham edilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR