Putin Ukraynada "xüsusi əməliyyatı" dayandıracaq? - Lisiçanskın işğalından sonra mümkün ssenarilər...

05 iyul, 2022 17:42

"Rusiyanın hazırda artilleriya və sursat sahəsində böyük üstünlüyü var. Sadəcə olaraq, Lisiçanskı şəhərini uzaqdan məhv edərdilər, ona görə də qalmağın mənası yox idi".

Bunu şəhərin meri Sergey Qayday BBC radiosunun əməkdaşı ilə söhbətində deyib. Bəs, bu, həm Donbas uğrunda döyüş, həm də daha geniş müharibə üçün nə deməkdir?

Ukrayna üçün həlledici olan Mariupolda olduğu kimi mühasirəyə düşməmək idi. Onların cənub liman şəhərinin müdafiəsi Rusiyanın irəliləyişini həftələrlə ləngitsə də, son nəticə Ukrayna ordusundakı minlərlə ən bacarıqlı əsgərin öldürülməsi və ya əsir götürülməsi oldu.

Ukrayna nəyin bahasına olursa-olsun bundan qaçmaq istəyirdi. Prezident Zelenski gecə müraciətində bunu açıq şəkildə bildirdi: "Biz divarları bərpa edəcəyik, torpağı geri alacağıq, amma hər şeydən əvvəl insanlar xilas olmalıdır".

Sergey Qayday eyni fikirdə olduğunu bildirib: "Qoşunlarımız daha möhkəmləndirilmiş mövqelərə geri çəkildi... Biz Luqanskı 5 ay müdafiə etdik. Həmin müdafiə davam edərkən biz Donetsk vilayətində yeni istehkamlar tikirdik. İndi qoşunlarımız ora getdilər”.

Lisiçanskın süqutundan bir neçə saat sonra prezidentin müşaviri Aleksey Arestoviç hətta Lisiçansk-Severodonetskin müdafiəsini “uğurlu hərbi əməliyyat” adlandıracaq qədər irəli gedib.

"Nəzərə alsaq ki, hazırda hər iki şəhərin üzərində Rusiya bayrağı dalğalanır, bu məntiq bir az yanlış görünə bilər, amma onun fikrincə, onlar uzun oyun oynayır, dəyərli vaxt alırdılar. Bu məntiqi başa düşmək üçün Qərb silahlarının Ukraynanın müqaviməti üçün əhəmiyyətini başa düşmək lazımdır. Bir sözlə, NATO təchizatları olmasaydı, onlar indiki vəziyyətdən daha böyük çətinliklərlə üzləşərdilər", - BBC əməkdaşı yazır.

Məqalədə qeyd olunur ki, onlar Rusiyanın irəliləməsini nə qədər gecikdirə bilsələr, döyüşə bir o qədər təkmil raket və artilleriya sistemləri gətirə bilərlər. ABŞ-ın təqdim etdiyi, artıq fəaliyyətdə olan HIMARS-ın münaqişənin balansını kökündən dəyişdirdiyi deyilir.

Daha çox vaxt daha çox təchizat deməkdir ki, bu da öz növbəsində tərəziləri onların xeyrinə çevirir. Xüsusən də tətbiq olunan sanksiyaları nəzərə alsaq, Rusiya sərf olunmuş texnika və sursatlarını əvəz etmək üçün əziyyət çəkəcək.

Bəs, sonra nə olacaq? Demək olar ki, onların Donbasın qalan hissəsini, xüsusən də son günlər atəşə tutulan Slovyansk və Kramatorsk şəhərlərini ələ keçirməyə çalışacaqları dəqiq görünür.

Slovyanskın 2014-cü ildə ilk qiyamların baş verdiyi yer olaraq separatçı hərəkat üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir. Bundan başqa Rusiyanın daha geniş strategiyası aydın deyil. Donbası nə vaxt ələ keçirməsi isə onların qüvvələrinin vəziyyətindən asılı olacaq.

Prezident Putin bu gün bunu üstüörtülü şəkildə etiraf edərək deyib: “Fəal döyüş əməliyyatlarında iştirak edən və Luqansk istiqamətində uğur və qələbə qazanan bölmələr, şübhəsiz ki, dincəlməli və döyüş imkanlarını artırmalıdır”.

Əgər hələ də sürətli irəliləyişlər əldə edirlərsə, onlar Ukraynanın bütün cənubunu, o cümlədən, Dnepr və ya ondan kənarda da daxil olmaqla, bütünlüklə ələ keçirmək cəhdlərini davam etdirə bilərlər.

Bununla belə, əgər onlar bir çox təhlilçinin də proqnozlaşdırdığı kimi tükənsələr və Putinin eyham vurduğu kimi, Rusiyanın bu genişmiqyaslı müharibə üçün evfemistik ifadəsi olan “xüsusi hərbi əməliyyata” son qoyulacağını elan edəcəklər. 

Onlar ümid edə bilərlər ki, birtərəfli atəşkəs Ukraynaya beynəlxalq dəstəyin bir hissəsini götürəcək, ola bilsin ki, Fransa və Almaniyanın, hansı ki, onlar sülhə can atırlar. Ukrayna, şübhəsiz ki, mübarizəni davam etdirəcəkdi, lakin davamlı silah axını olmasaydı, cəbhə xətti 2014-2022-ci illərdə olduğu kimi, donmuş münaqişəyə çevrilə bilər. Bu, qonşusunu qarışıqlıq və iğtişaşlar vəziyyətində saxlayan Rusiyaya yaraşardı.

Hələlik bunların heç biri dəqiq deyil, hər iki tərəf üstünlüyünü iddia edir. Həqiqətən də qeyd etmək lazımdır ki, Ukrayna Donbasda arxada dayansa da, son vaxtlar uğur qazanıblar, xüsusən də bu gün mavi və sarı bayrağın yenidən dalğalandığı İlan adasını geri alıblar. Əmin olduğumuz yeganə şey budur ki, bu müharibə tezliklə başa çatmayacaq, onun nəticələrini növbəti dəfə Donetsk vilayətinin əhalisi çəkəcək.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR