Rusiya ilə Qazaxıstan arasında nə baş verir?

07 iyul, 2022 00:33

Dünən Rusiyanın Novorossiysk məhkəməsinin “ekoloji qaydaların pozulması” səbəbi ilə Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini bir ay dayandırmaq barədə qərar qəbul etdiyinə dair məlumat vermişdik. Qazaxıstanın ixrac neftinin böyük qismi - üçdə ikisindən çoxu məhz bu konsorsiumun Novorossiysk limanındakı terminalı vasitəsilə dünya bazarına çıxarılır.

Son vaxtlar rəsmi Astananın Rusiyanın basqıları altında olduğunu isbatlayan faktlar artır. Bu ölkələr arasında nə baş verir? Sualı cavablandıran politoloq Şahin Cəfərlinin sözlərinə görə, ümumiyyətlə, Ukrayna savaşı başladıqdan və bununla bağlı Qazaxstanın mövqeyində Moskvanı qane etməyən məqamların təzahüründən sonra Xəzər Boru Kəməri Konsorsiumu ətrafında qəribə hadisələr baş verir: "Martın sonları terminalın 3 liman qurğusundan (выносное причальное устройство) ikisinin fəaliyyəti "qasırğadan zərər gördükləri" səbəbi ilə dayandırılıb və onların fəaliyyəti 1 ay sonra bərpa edilib. Bu müddətdə təbii ki, qazax neftinin ixracında ciddi (gündəlik ixracın 80%-i həcmində) azalma baş verib.

İyunun 15-də dənizdə “İkinci Dünya müharibəsindən qalmış minaların aşkarlanması” səbəbi ilə yenə 3 liman qurğusundan ikisinin fəaliyyəti 5 iyul tarixinə qədər dayandırılıb. Üçüncü dayandırılma qərarı isə elə həmin gün (5 iyul) – bu dəfə məhkəmə müstəvisində verilərək hər üç qurğuya şamil edilib və 30 sutka qüvvədə olacaq.

Maraqlıdır ki, məhkəmə qərarından bir gün əvvəl – iyulun 4-də prezident Tokayev Avropa Birliyinin prezidenti Şarl Mişel ilə telefon danışığında Qazaxıstanın Avropa bazarında vəziyyəti stabilləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə (yəni bazara əlavə neft çıxarmağa) hazır olduğunu həmsöhbətinin diqqətinə çatdırıb. Digər önəmli məqam isə budur ki, Qazaxıstan Maliyyə Nazirliyi iyunun 8-də sanksiya altına düşən məhsulların Qazaxıstan vasitəsilə Rusiya və Belarusa çatdırılmasının qadağan olunmasına dair əmr layihəsi hazırlayaraq bunu rəsmi sayta yerləşdirib. Rusiya tərəfi bu məsələyə məhz bu gün - br ay sonra rəsmi münasibət bildirməyi uyğun görüb. Peskovun dilindən səslənən mövqe məzmun baxımından standart olsa da, məhkəmənin Qazaxıstan neftinin ixracını bloklayan qərarından dərhal sonra ifadə edilməsi təsadüf sayıla bilməz".

Politoloq hesab edir ki, bütün bunlar Rusiya-Qazaxıstan münasibətlərində böhran olmasa belə, ən azı sıxıntıların olduğunu göstərir: "Rusiyanın Mərkəzi Asiyadakı maraqları və onun yürütdüyü Avrasiya inteqrasiyası prosesləri baxımından açar dövlət olan Qazaxıstanın müstəqil və balanslı xarici siyasət yeritməyə çalışması Moskvanı məmnun etmir. Tokayevin Rusiya tərəfindən rəsmən tanınan DNR və LNR-i Putinin yanında "kvazi dövlətlər" adlandırması Moskvada qıcıq doğurub. Bu baxımdan qazax neftinin ixracına problemlər yaradılması Astanaya xəbərdarlıq siqnallarıdır.

Eyni zamanda, Qərbin Rusiya neftinə embarqo və yuxarı qiymət həddi tətbiq etməyə hazırlaşdığı bir dövrdə Rusiya onun infrastrukturu ilə Qazaxıstanın öz neftini bazara çıxarmasında və boşluğu az da olsa doldurmasında maraqlı deyil.

Qazaxıstan isə bölgədə Rusiya maraqlarının ötürücüsü rolunu oynamağı qəbul etmir, çoxvektorluluq əsasında həm Çin, həm də Qərblə əlaqələrini inkişaf etdirmək istəyir. Ölkənin ən iri xarici ticarət tərəfdaşlarından biri və 1 saylı ixrac bazarı Avropa Birliyidir, ən böyük investorlarından biri isə ABŞ-dır. Qazaxıstan öz xarici və iqtisadi siyasətində bu faktoru nəzərə alır.

Sonda onu da qeyd edək ki, “Elbaşı” Nazarbayev 32 il hakimiyyətdə olmasına baxmayaraq, bu müddətdə ölkənin strateji məhsulunun ixrac marşrutlarını diversifikasiya etməyib və bu sahədə Rusiya kimi güvənilməz və təhlükəli partnyordan asılılığı saxlayıb".

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR