"Neft 380 dollar olsa... - "Bloomberg"in proqnozu...

07 iyul, 2022 12:27

ABŞ-ın ən nəhəng banklarından olan JP Morganın analitikləri neftin hər barrelinin qiymətinin 380 dollara qədər bahalaşacağını proqnozlaşdırıb.

Əgər Rusiya Qərbin sanksiyalarına cavab olaraq, neft hasilatını kəskin salsa, neft 200 dəfə bahalaşacaq.

Qeyd olunur ki, gündəlik rus neftinin 3 milyon barel azaldılması nəticəsində London birjasında bir barel yanacağın qiyməti 190 dollara çatır. Belə davam etsə xam neft də 380 dollar olacaq.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Elşad Məmmədov bakupost.az -a açıqlamasında deyib ki, Rusiyaya qarşı sanksiyalar davam edərsə, neftin qiymətinin bahalaşması mümkündür.

Ekspert bildirib ki, enerji təhlükəsizliyi ilə bağlı Avropa İttifaqının həyata keçirdiyi siyasət iflasa uğradı. Neftdən, qazdan asılılığın azaldılmasına istiqamətlənmiş siyasət onunla nəticələndi ki, bu gün neft və qaz təklifi ilə bağlı Avropa bazarında qıtlıq var. Proses payıza və qışa doğru daha da kəskinləşəcək:

”Rusiya amilinin azaldılmasına istiqamətlənmiş bir siyasətinin mənfi effektini görürük. Rusiya qazdan və neftdən əldə etdiyi vəsaitləri kəskin şəkildə artırıb. Digər tərəfdən də enerji bazarında qeyri tarazlıqlar müşahidə olunur. Rusiya-Ukrayna münaqişəsi kontekstində ABŞ və ona müttəfiq ölkələrin Rusiyaya qarşı sanksiyaların tətbiq etməsi də neft və qazın qiymətinin yüksəlməsinə səbəb olub. Reallıq ondan ibarətdir ki, Rusiyanın neft bazarından vurulub çıxarılması ilə bağlı aparılan siyasətin heç bir nəticəsi olmayacaq. Bu əks effekt verməklə qiymətlərin kəskin şəkildə artmasını şərtləndirir. Digər tərəfdən də dünya iqtisadiyyatındakı böhran bütövlükdə qiymət artımını, infilyasiyanı təhlükəli həddə çatdırıb. Belə olan halda da neft və qazın qiymətində artım olmasını proqnozlaşdırmaq mümkündür. Demirəm ki, neft qalxıb 380 dollar olacaq. Ancaq neftin qiymətdə artımın olması gözləniləndir”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, Rusiyaya qarşı sanksiyaların genişlənməsi neftin bir barelinin qiymətini 150 dollara kimi qaldıra bilər. Ancaq neftin 380 dollara yüksəlməsi qeyri-mümkündür:

“2008-ci ildə neftin qiyməti 148-149 dollara qədər yüksəlmişdi. O zaman məhz bu artıma görə dünya iqtisadiyyatında ciddi böhran yaşanmışdı. Əgər neftin qiyməti 380 dollara qədər yüksəlsə, dünya iqtisadiyyatı çökər. Fikrimcə, bu absurd bir proqnozdur. 380 dollara neft ola bilməz, bu mümkün deyil. Heç neftin qiymətinin 200 dollara qalxması belə qeyri-mümkündür.Ola bilər ki, neftin qiyməti bir qədər artsın. Rusiyaya qarşı sanksiyaların genişlənməsi neftin qiymətiini artıra bilər. Ancaq neftin 380 dollar olması mümkün deyil”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR