Belarus ŞƏT-ə üzv olmaq üçün müraciət edib - "Şərq qütbü" genişlənir
12 iyul, 2022 00:46
Belarus Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciət edib.
Bu barədə TASS məlumat yayıb.
Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov bildirib ki, Belarus ŞƏT-ə üzv olmaq üçün təqdim etdiyi ərizə təşkilata üzv olan ölkələrə göndərilib.
Norov deyib ki, Səmərqənd sammitində onun ŞƏT-ə üzvlüyünə qəbul proseduru başlaya bilər.