ABŞ Ukraynaya Lend-Liz üzrə yardım göstərməyi necə planlaşdırır?

14 iyul, 2022 13:58

"Lend-Liz” haqqında qanun ABŞ prezidentinə Ukraynaya kömək etmək üçün geniş səlahiyyətlər verib. Ağ Ev proqramdan necə istifadə etməyi planlaşdırdıqlarını şərh edib.

Bu barədə RBC-Ukrayna "Amerikanın səsi”nə istinadən məlumat yayıb.

"İndi biz Ukrayna üçün təhlükəsiz yardımı prioritetləşdiririk, bunun üçün onların sonradan vəsaiti qaytarmasına ehtiyac qalmayacaq", - Ağ Ev rəsmisi "Amerikanın Səsi”nin sorğusuna cavab verib.

O əlavə edib ki, Lend-Liz proqramı alınan avadanlığın geri qaytarılmasını nəzərdə tutur. Eyni zamanda, ABŞ-ın Ukraynaya yardım göstərdiyi digər proqramlar, məsələn, USAI (Ukrayna təhlükəsizliyinə yardım təşəbbüsü) və prezidentin səlahiyyətləri proqramı pulun geri qaytarılmasını nəzərdə tutmur.

Amerika silahlarının Ukraynaya son tədarükləri bu proqramlar çərçivəsində həyata keçirilir. İndi ABŞ prezidentinin administrasiyası ABŞ Konqresinin ayırdığı vəsaitdən onlar üçün istifadə edir. Bu, 40 milyard dollarlıq paketdir və onun yarısından çoxu hərbi yardım və əlaqədar xərclər üçün nəzərdə tutulub. Bu vəsait sentyabrın sonuna təsadüf edən ABŞ maliyyə ilinin sonuna qədər xərclənməlidir.

Öz növbəsində, ABŞ Milli Təhlükəsizlik və Strateji Kommunikasiyalar Şurasının koordinatoru Con Kirbi "Amerikanın Səsi”nə müsahibəsində əlavə edib ki, administrasiya hələ də lend-liz proqramının verdiyi səlahiyyətləri nəzərdən keçirir.

"Ötən cümə günü prezident Bayden Prezident səlahiyyətləri proqramı çərçivəsində Ukraynaya daha 400 milyon dollarlıq hərbi yardıma imza atıb. Bizim artıq çox saylı səlahiyyətlərimiz var və biz onlardan istifadə edirik", - deyə rəsmi əlavə edib.

Xatırladaq ki, Lend-Liz haqqında qanun digər məsələlərlə yanaşı, ABŞ prezidentinin Ukraynaya hərbi yardımın verilməsinə dair sazişlərdəki səlahiyyətlərini genişləndirir. Əslində, o, sadələşdirilmiş ixrac nəzarəti prosedurları altında hərbi texnikanın kreditləşməsinə və ya lizinqinə imkan verir.

O, Ağ Evə imkan verir ki, Ukraynaya silah, avadanlıq, sursat və ikili təyinatlı məhsullar sürətləndirilmiş prosedur çərçivəsində, yəni ABŞ Konqresinin bunun üçün xüsusi vəsait ayırmasını gözləmədən təmin etsin.

Sonuncu dəfə Lend-Liz proqramı İkinci Dünya müharibəsi zamanı, ABŞ-ın nasist Almaniyasının əleyhdarlarına, ilk növbədə Böyük Britaniya və SSRİ-yə hərbi yardım göndərildiyi zaman fəaliyyət göstərib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR