"Vaşinqtonun Kiyevə verdiyi silahlar münaqişəni uzadır" - Rusiya XİN
14 iyul, 2022 23:55
"ABŞ-ın Kiyevdəki səfirliyi etiraf etməlidir ki, Vaşinqtonun Kiyevə verdiyi silahlar münaqişəni uzadır və ölümlə nəticələnir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova teleqram kanalında bildirib.
Diplomat diqqəti ABŞ-ın Ukraynadakı diplomatik missiyasının ölkədəki Amerika vətəndaşlarına bildiriş yayaraq oranı dərhal tərk etməyi, habelə kütləvi toplantılardan və ictimai tədbirlərdən qaçmağı tələb edib, çünki onlar ruslar üçün hərbi hədəfə çevrilə biləcəyi ilə bağlı bəyanata yönəldib: “ABŞ-ın Ukraynadakı səfirliyi əlavə etməyi unudub ki, Vaşinqton Kiyevə Amerika silahlarını ötürür, ondan istifadə münaqişənin uzanmasına və insanların ölümünə səbəb olur”.