Şimali Koreya "DXR" və "LXR" respublikalarına fəhlələr göndərir? -  "Guardian" nəşri

20 iyul, 2022 16:59

Rusiyanın Pxenyandakı səfirinin sözlərinə görə, Şimali Koreya Moskvanın nəzarətində olan saxta "DXR" və "LXR" respublikalarına fəhlələr göndərə bilər. Bu, KXDR-in nüvə proqramına qarşı beynəlxalq sanksiyalara meydan oxumaq demək olacaq.

Bu barədə Böyük Britaniyanın "Guardian" qəzeti yazıb.

Rusiyanın KXDR-dəki səfiri Aleksandr Matseqora bəyan edib ki, Şimali Koreya fəhlələri Donetskdə və Luqanskda  tanınmayan "xalq respublikaları"nda "müharibə nəticəsində dağıdılan infrastrukturunun bərpasına" kömək edə bilər.

Matseqora qeyd edib ki, KXDR və Donbasdakı tanınmayan respublikalar arasında iqtisadi əməkdaşlıq üçün , BMT-nin sanksiyalarına rəğmən, potensial imkanlar çoxdur.

Nəşrin verdiyi məlumata görə, Rusiyanın "İzvestiya"  qəzetinə müsahibəsində diplomat qeyd edib ki, "ən ağır şəraitlərdə işləmək qabiliyyəti olan yüksək ixtisaslı və əməksevər koreyalı inşaatçılar" sosial, infrastruktur və sənaye obyektlərinin bərpasına kömək edə bilər.

Onun şərhləri Şimali Koreyanın iki saxta "DXR" və "LXR" dövlətlərini tanıyandan bir neçə gün sonra üzə çıxıb. Şimali Koreya Ukrayna hökumətini Vaşinqtonun Pxenyana qarşı "düşmən" mövqeyində əli olduğunda ittiham edib.

Bundan dərhal sonra Ukrayna "dost olmayan hərəkətinə cavab olaraq" Şimali Koreya ilə diplomatik münasibətlərə xitam verib.

"Guardian" nəşrinin qeyd etdiyi kimi, Şimali Koreya ənənəvi olaraq öz vətəndaşlarını xaricə göndərərək, valyuta qazanıb. Lakin BMT-nin sanksiyalarına uyğun olaraq, Şimali Koreya qastarbayterləri 2019-cu ilin sonunadək vətənə dönməyə borclu olub. 

Buna baxmayaraq, KXDR-in xeyli sayda fəhlələri Rusiya, Çin, Laos və Vyetnamda müəyyən edilən müddətdən sonra da qalıb pul qazanıblar.

Siyasi tədqiqatlar İnstitutunun elmi əməkdaşı Qo Men Hen bununla bağlı bəyan edib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi KXDR əleyhinə sanksiyaların qəbulunda iştirak edib, indi isə özünün Şimali Koreya fəhlələrinin "LDXR"-ə dəvət etməsi qərarı ilə izqoy ölkəyə çevrilməyə risk edir.

"Rusiya elə özünün tətbiq etdiyi sanksiyaları pozarsa, BMT Təhlükəsizlik Şurası tərəfindən bu ölkəyə etimad xeyli dərəcədə sarsılacaqdır", - Qo Men Hen vurğulayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR