"Putinin müharibəsi Qafqazı da dəyişə bilər" - "Bloomberg"

21 iyul, 2022 00:44

ABŞ-ın “Bloomberg” agentliyinin internet səhifəsində “Müharibə Rusiyanın böyür-başında münasibətlərin dəyişməsinə təkan verir” başlıqlı məqalə dərc edilib.

Novator.az saytının məlumatına görə, məqalədə deyilir ki, Rusiya Prezidenti Vladimir Putin Tehranda İran və Türkiyə liderləri ilə Suriya münaqişəsi ətrafında danışıqlar aparıb: “Amma danışıqlarda diqqət həm də Putinin Ukraynada başlatdığı müharibəyə yönəlib. Bəlli olduğu kimi Putinin işğalı üzündən Ukraynanın Qara dəniz limanlarında taxıl ixracına ciddi maneə yaranıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu problemi həll etmək üçün Putinin razılaşmaya gəlməsinə çalışır. Ona görə müzakirələrdə bu mövzu da ayrıca yer tutub”.

Məqalədə vurğulanır ki, Ukrayna müharibəsi qlobal ərzaq böhranını dərinləşdirir, bahalaşmaya səbəb olur: “Avropa İttifaqı yaxın günlərdə Rusiya və Ukrayna arasında razılaşma əldə olunacağına, taxıl qıtlığının aradan qalxacağına ümid edir.

ABŞ isə Putinin İrana səfəri ərəfəsində xəbərdarlıq edib ki, beş aylıq müharibə rus ordusuna ağır zərbə vurub və İran Rusiyaya yüzlərlə pilotsuz uçuş aparatı sata bilər”.

Məqalədə bildirilir ki, Rusiya qaz nəqlini kəssə, qışda Avropada böhran yarana bilər: “Putin Qərbin Ukraynaya dəstəyini zəiflətmək üçün ərzaqdan və enerjidən silah kimi yararlanır. Ərdoğan özünü Putinin bu cəhdlərinin qarşısını almaq işində Qərbin əsas oyunçusu kimi aparır”.

Daha sonra məqalədə vurğulanır ki, cərəyan edən proseslər Rusiya və İran arasında sıxışıb qalmış Qafqaz bölgəsinin strateji əhəmiyyətini artırır: “Bunu ABŞ və Rusiya kəşfiyyatının yüksək rütbəli rəsmilərinin ötən həftə Ermənistana səfərləri də göstərdi.

İyulun 18-də isə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqına qaz idxalını ikiqat artırmaq məqsədilə Türkiyə ilə sıx əlaqələri olan, enerji ilə zəngin ölkəyə – Azərbaycana səfər etdi.

Tarixən bir-birinə düşmən münasibət bəsləyən Ermənistan və Türkiyə onilliklər ərzində ilk dəfə olaraq sərhədləri açmağa çalışır. Azərbaycanla Ermənistan da 2020-ci il müharibəsindən sonra münasibətləri normallaşdırmaq üçün danışıqlar aparır.

Bu danışıqların uğurlu nəticələri Qafqazı Avropa ilə Mərkəzi Asiya arasında bir körpüyə çevirə bilər. Elə bir körpü ki, Rusiyadan yox, Türkiyədən keçir. Mərkəzi Asiyanın isə neft və qazla zəngin olduğu bəllidir.

Sovet dövründə və ondan sonrakı ilk onilliklərdə Rusiya Qafqaza öz həyətyanı sahəsi kimi baxıb. İndi Putinin müharibəsi Ukraynada olduğu kimi Qafqazda da münasibətlərin yenidən qurulmasına gətirib çıxara bilər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR