"Azadlığı ölkəmizə Qorbaçov gətirib, deyəsən, hamı bunu unudub" - Venediktov "Forbs" nəşrinə danışır

25 iyul, 2022 00:58

Tarixdə SSRİ-nin yeganə prezidenti, SSRİ-nin sonuncu rəhbəri, ötən əsrin 80-ci illərində yenidənqurma prosesinə başçılıq etmiş Mixail Qorbaçov Rusiya prezidenti Vladimir Putinin siyasətindən məyusdur.

Bu barədə "Forbs" nəşrinə Qorbaçovun yaxın dostu, "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov danışıb.

"Sizə deyə bilərəm ki, Qorbaçov dilxordur, təbii ki, hər şeyi anlayır. Azadlıq onun həyat amalı olub. Azadlığı bizə Qorbaçov bəxş edib. Rus pravoslav kilsəsinə azadlığı Qorbaçovun verdiyini hamı unudub. Söz azadlığı, mətbuat azadlığı-bunları Mixail Sergeyeviç Qorbaçov gətirib. İndi nə desin ki?"- Venediktov ritorik sual verib və əlavə edib ki, Mixail Sergeyeviçin siyasətinin bütün nailiyyətləri tamamilə məhv edilib.

"Qorbaçovun bütün islahatları sıfırlanıb, ilğıma dönüb, külə çevrilib. Məndən soruşanda ki, "Hər hansı göstərici varmı?", mən cavab verirəm:

"Qorbaçov gedəndə, NATO-nun Avropada 4 min nəfər çevik qüvvələri olub. Hazırda NATO elan edib ki, gələn ilin sonuna 300 min nəfər olacaq".

Yəni təhlükənin səviyyəsinə baxın! NATO qoşunlarının bizim sərhədlərimizdəki səviyyəsinə diqqət yetirin!"- Venediktov qeyd edib.

Jurnalistin özü Putinin törətdiyi müharibəni böyük yanlışlıq adlandırıb.

"Ukrayna yad ölkədir, mənim ölkəm Rusiyadır. Yanlışlıq məhz bundadır ki, məhz mənim ölkəm üçün bu müharibənin nəticələri dəhşətli olacaq", - Venediktov buna əmindir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR