Rusiya digər ölkələrlə niyə hərbi təlimlərə başlayır?
27 iyul, 2022 02:05
Rusiyanın Şərq Hərbi Dairəsinin qoşunları digər ölkələrin hərbi kontingenti ilə birgə “Şərq-2022” strateji təlimləri keçiriləcək.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, təlimlər Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərliyi altında avqustun 30-dan sentyabrın 5-dək keçiriləcək. Təlimlər 13 poliqonda baş tutacaq.
Manevrlərə Şərq Hərbi Dairəsinin qoşunlarından əlavə, hava-desant qoşunları, uzaqmənzilli aviasiya və hərbi-nəqliyyat aviasiyası, eləcə də digər ölkələrin hərbi kontingenti cəlb olunacaq.