Putini nüvə zərbəsində çəkindirən üç əsas səbəb...

31 iyul, 2022 02:36

Müharibə uzandıqca və Putinin ordusu Ukrayna bataqlığında daha çox ilişib qaldıqca, ağır zərbələr aldıqca, Rusiyanın taktiki nüvə silahına əl atması ehtimalı barədə söhbətlər də çoxalmağa başlayır. Çoxları Ukrayna Ordusunun Xerson istiqamətində əks-hücuma keçərək, bu vilayət mərkəzini ələ keçirəcəyi təqdirdə Kremlin vəziyyətinin ağırlaşacağı qənaətindədir.

Mütəxəssislər hesab edirlər ki, bu, müharibədə dönüş nöqtəsinə çevrilə və döyüşlər hətta Krım ərazisinə keçə bilər. Belədə isə Rusiyanın taktiki nüvə silahına əl atması ehtimalının artacağını düşünənlər var.

Lakin Putinin heç bir halda nüvə silahından istifadə etməyəcəyi, yaxud edə bilməyəcəyini deyən nüfuzlu mütəxəssislər və politoloqlar da olduqca çoxdur.

Azsiyaset.com azpolitika.info-ya istinadla xəbər verir ki, ötən gün ABŞ-da yaşayan tanınmış rusiyalı politoloq və publisist Andrey Piontkovski Ukrayna telekanallarının birinə açıqlamasında bu mövzuya toxunub və Putinin nədən nüvə silahına əl ata bilməyəcəyini izah edib.

Piontkovski bildirib ki, Rusiya uzun illərdir nüvə silahını şantaj alətinə çevirib: “Bu arqument hələ də masa üzərində şantaj vasitəsi kimi qalır. Bu şantaj 15 ildir ki, uğurla işləyir. Bu şantaja görə Ukrayna ilə Gürcüstanı NATO-ya qəbul etmədilər, Gürcüstan ərazilərinin və Krımın ilhaqına reaksiya vermədilər. Lakin bu, sonsuz qədər davam edə bilməz”.

Politoloqun fikrincə, ən azı üç səbəbə görə Putin nüvə silahından istifadə edə bilməyəcək: “Reallıqda düşünək ki, sabah Putin bu dəhşətli cinayətə əl atdı və 10 minlərlə insanın ölümünə səbəb olan taktiki nüvə silahından istifadə etdi. Bu, hərbi cəhətdən onun üçün nəyi dəyişəcək? Heç nəyi!

Yalnız Ukrayna xalqının və Ukrayna Ordusunun, həmçinin bütün dünyanın hiddətini artıracaq.

Deməli, birincisi, hazırda nüvə silahının tətbiqi heç bir hərbi hədəfə nail olmağa imkan verməyəcək.

İkincisi, bu, şəxsən Putinin fiziki məhvinə gətirib çıxaracaq. Bu məsələ ABŞ hərbi rəhbərliyinin Rusiya hərbi rəhbərliyilə danışıqlarında dəfələrlə bildirilib və qeyd olunub ki, bu addım cəzasız qalmayacaq. Onlar eynilə taktiki nüvə zərbəsi ilə cavb verəcəklər, o cümlədən bu zaman Rusiya hərbi-siyasi rəhbərliyi həmin zərbələrin qanuni hədəfi olacaq.

Nəhayət, üçüncü səbəb odur ki, bu qərarı texniki cəhətdən həyata keçirmək elə də asan deyil. Nüvə zərbəsi sadəcə, Putinin masanın üzərindəki düyməni basması demək deyil. Taktiki nüvə silahını tətbiq etmək çətindir.

Bu silah Müdafiə Nazirliyinin anbarlarında yerləşir. Ora sorğu göndərilməli, daha sonra bir neçə mərhələ keçilməlidir. Sonra bu silahları hansısa nüvə daşıyıcısının yanına çatdırmaq lazımdır. Bütün bu proseslərə amerikalılar ciddi nəzarət edirlər. Onlar zaman-zaman bildirirlər ki, bu istiqamətdə hələ ki, heç bir hərəkətlilik yoxdur və bu açıqlamalar heç də əbəs yerə verilmir.

Beləliklə, bu üç səbəb – hərbi cəhətdən istifadəsinin mənasız olması, şəxsən Putinin həyatına olan təhlükə və texniki səbəb, eləcə də bu prosesdə iştirak edən onlarla insanın əmrə tabe olmaması ehtimalı nüvə silahının tətbiqini demək olar, mümkünsüz edir”.

Qeyd edək ki, Rusiya tərəfindən nüvə silahı tətbiqi ehtimalını mükünsüz edən arqumentlər bununla da bitmir. Əksər ekspertlərin fikrincə, nüvə silahına əl atacağı təqdirdə Rusiya cavab zərbələri almaqla yanaşı, hazırda ona qarşı az-çox loyal münasibət göstərən Çin, Hindistan kimi ölkələri də itirmiş olacaq və hər mənada dünyada birdəfəlik təklənəcək.

Həmçinin, həm cavab olaraq endiriləcək nüvə zərbələrinin, həm də Ukraynada tətbiq olunacaq nüvə silahının mənfi təbii effektləri Rusiyaya və Belarusa da yayılacaq.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI