İranla yeni nüvə sazişi imzalana bilər  - "Finiş xəttinə 5 dəqiqə, yaxud 5 saniyə qalır..."

08 avqust, 2022 15:47

İranla 2015-ci il nüvə sazişini canlandırmağı hədəfləyən danışıqlarda əsas təmsilçilər razılaşma əldə olunmasının mümkünlüyünə nikbin yanaşırlar. 

Avropa İttifaqının (Aİ) baş təmsilçisi Enrik Mora həftəsonu deyib ki, indiyədək danışıqlardakı proqresə tamamilə nikbin yanaşır. “İrəliləyirik və danışıqları tezliklə sona çatdıracağımızı gözləyirəm”, – Mora İran mediasına deyib.

Rusiyanın səfiri Mixail Ulyanov isə bildirib ki, həll olunası 3, ya 4 məsələ var. “Finiş xəttinə 5 dəqiqə, yaxud 5 saniyə qalır”, – Ulyanov danışıqlar keçirilən "Palais Coburg" otelinin qarşısında jurnalistlərə deyib.

Onun sözlərinə görə, uğurlu nəticə tezliklə əldə oluna bilər, ancaq heç bir zəmanət yoxdur, həmişəki kimi, hər şey razılaşdırılana qədər heç nə razılaşdırılmayıb.

“Özəlliklə iranlılar və amerikalılar üçün həssas məsələlərdir. Zəmanət verə bilmərəm, ancaq düzgün istiqamətdə getməyimiz təəssüratı var”, – Ulyanov vurğulayıb.

Xatırladaq ki, avqustun 4-də İran, ABŞ və Aİ-nin təmsilçiləri dörd aylıq fasilədən sonra nüvə sazişi danışıqlarını bərpa ediblər. ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə nüvə sazişindən birtərəfli çıxaraq Tehrana sanksiyaları bərpa edib. Bundan sonra İran da saziş çərçivəsində öhdəliklərinin icrasını məhdudlaşdırmağa, uran zənginləşdirməni genişləndirməyə başlayıb.

İranın 2015-ci ildə ABŞ, Fransa, Almaniya, Britaniya, Rusiya və Çinlə imzaladığı saziş Tehranın uran zənginləşdirməni məhdudlaşdırması qarşılığında iqtisadi sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

İranın Xarici işlər naziri Hüseyn Əmir-Abdullahyan avqustun 7-də BMT-nin Baş katibi Antonio Quterreşlə telefon söhbətində deyib ki, ölkəsi güclü və davamlı razılaşma əldə olunmasına ciddi yanaşır. Onun sözlərinə görə, nəticə Birləşmiş Ştatların belə bir razılaşmanı istəməsindən asılı olacaq.

ABŞ-ın İran üzrə Xüsusi elçisi Rob Malley ötən həftə deyib ki, ölkəsi Vyana danışıqlarından gözləntilərini cilovlayır, ancaq razılaşmanın əldə olunması üçün səy göstərməyə hazırdır.

Britaniya, Fransa və Almaniya isə İranı nüvə sazişinin dirçəldilməsini hədəfləyən danışıqlarda qeyri-real tələblər irəli sürməməyə çağırıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR