Avropa Birliyinin dağılması qaçılmazdır: Macarıstan və Polşa Brüsselə tabe olmur - "Daily Express" nəşri

10 avqust, 2022 19:05

“Avropa Birliyinin dağılması indi qaçılmaz görünür. Çünki Macarıstan və Polşa Brüsselin nəzarətindən çıxır”.

Bu fikir Böyük Britaniyanın “Daily Express” qəzetindəki yazıda ifadə olunub.

Yazı müəlliflərinin fikrincə, AB fondlarından pay ayrılması məsələsi Brüssel ilə mühafizəkar-millətçi Mərkəzi və Şərqi Avropa arasında düşmənçiliyi dərinləşdirib. Çünki Macarıstan və Polşa üçün bu, əslində, liberal dəyərlərin zorla yeridilməsi və təzyiq vasitəsi kimi görünür.

“Macarıstan və Polşa bu qaydaları bilmək üçün kifayət qədər uzun müddətdir klubdadır. Budapeşt və Varşava, Avropa Birliyinin bu qaydaları onların xeyrinə dəyişmək niyyətində olmadığını başa düşməlidir”,- deyə yazıda qeyd olunur.

Yazıda AB-nin mərkəzi və şərq dövlətlərindən əksəriyyətin Birlikdə qalmalı olduğu ifadə olunub. “Lakin onlar ideoloji cəhətdən sabitlənmiş siyasi birliyin deyil, gücləndirilmiş iqtisadi ittifaqının bir hissəsi olmaq istəyirlər”,-deyə məqalədə bildirilib.

Lakin bütün bunlarla birlikdə Avropa Birliyinin bu ölkələrini öz sıralarından xaric etməsi mümkün görünmür. Avropa Birliyinin Konstitusiyası sayılan Lissabon sazişinin 50-ci maddəsinə görə belə bir təşəbbüs çıxmaq istəyən dövlətin özündən gəlməlidir. Yalnız 7-ci maddədə Avropa Şurasında səsvermə hüququndan məhrumetmə də daxil olmaqla, sanksiyalar tətbiq olunması nəzərdə tutulub. Lakin belə bir qərarın qəbulu belə üzv ölkələr arasında yekdillik tələb edir. Bilindiyi üzrə, hər iki ölkə Avropa Birliyi daxilində gedən demək olar ki, bütün məsələlər üzrə bir-birlərini sıx şəkildə dəstəkləyirlər.

“Macarıstan və Polşa nə vaxta qədər bu rəqsi davam etdirə bilər və nə vaxta qədər qitəni parçalayan mədəni dəmir pərdəni görməzlikdən gəlinə bilər?”,-deyə yazıda belə bir sual qoyulub.

Məqalədə xüsusilə Macarıstanın baş naziri Viktor Orbanın Brüsseli qıcıqlandırdığı, onun dünyaya tamam başqa prizmadan baxdığı vurğulanıb.

“Orban 2010-cu ildə hakimiyyətə qayıtdıqdan sonra Macarıstanda nikahlar iki dəfə artıb, abortlar iki dəfə azalıb, boşanmaların sayı ən aşağı həddə çatıb və doğum nisbəti dörddə bir artıb. Orban həmçinin Konstitusiyaya xristian dəyərləri ilə bağlı maddəni daxil edib. Bunun üçün o, xristian məktəblərini maliyyələşdirib və azyaşlılara LGBT məzmunlu materialların təbliğatını qadağan edib. Bunların heç biri Brüsseldə ona rəğbət oyandırmasa da, Mərkəzi və Şərqi Avropada son dərəcə populyarlıq qazandırıb”,-deyə yazıda qeyd edilib.

Yazı müəlliflərinin bildirdiyinə görə, tərəflər arada yaranan uçuruma görə bir-birlərini qarşılıqlı ittiham etməklə məşğuldurlar.

“Hər iki tərəf bu zəhərli münasibətdən narazıdır. Lakin heç kim siyasi münasibətləri kəsməklə, iqtisadi əlaqələrin qorunub saxlana biləcəyi “dinc boşanmadan”, habelə mərkəzi qərbdə yerləşən mütərəqqi AB ilə Şərqdə yeni mühafizəkar Avropa ilə Konfederasiya yaratmaq barədə danışmaq istəmir”,-deyə məqalənin yekun hissəsində yazılıb.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI