Azərbaycan səfirliyinə hücum və məşhur yazıçının bıçaqlanması - Böyük Britaniya müəmması...

15 avqust, 2022 12:13

Son günlər baş verən iki ciddi hadisə İranın terrorçu dövlət kimi qlobal müzakirəsini daha da intensivləşdirib.

- Avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qaldı.

- Avqustun 12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı vətəndaşı məşhur yazıçı Salman Rüşdi şəriət qanunları ilə haqqında “ölüm fətvası” çıxarıldığına görə Nyu-Yorkda bıçaqlandı.

BİRİNCİ HADİSƏNİN təşkilatçısı kimi əsas ittihamlar İrana qarşı yönəlmiş oldu. İranın daha bir terrorçu portreti cızıldı. Səfirliyə edilən hücumla bağlı “Mehdinin xidmətçiləri” adlı radikal dini qruplaşmanın verdiyi bəyanatda qeyd olunur ki, “hucumu Azərbaycanda şiələrə qarşı kampaniyaya qarşı təşkil etmişik”. Məsələ bundadır ki, uzun müddətdir İranın “virtual cəbhədəki döyüşçüləri” də Azərbaycana qarşı eyni bəyanatla çıxış edirlər. Şübhəsiz ki, səfirliyə edilən hücumla bağlı ən böyük məsuliyyət Böyük Britaniyanın üzərinə düşür. Böyük Britaniya dünyanın ilk rəsmi xüsusi xidmət orqanına malik çox güclü ölkədir və orada heç bir dini cərəyanın sıravi üzvü belə xüsusi xidmət orqanlarından icazəsiz nəfəs ala bilməz. Ciddi və sual doğuran məqamlar var. Məsələn, səfirliyə hücum edən terrorçu qrupun ora hansı istiqamətdən gəlməsi və səfirliyə necə daxil olması ilə bağlı videogörüntülər yoxdur.

Səfirliyə edilən hücum nəticədə Azərbaycanın strateji maraqlarına xidmət etmiş olacaq, çünki terrora məruz qalan ölkə məhz Azərbaycandır. Maraqlıdır, Azərbaycanla çox ciddi strateji tərəfdaşlığı olan, II Qarabağ müharibəsi zamanı ölkəmizə siyasi dəstəyini ifadə edən Böyük Britaniya bilərəkdən, yaxud bilməyərəkdən hansı boşluqları buraxıb?

İKİNCİ HADİSƏNİN də təşkilatçısı kimi bütün ittihamlar İrana qarşı yönəldi. S.Rüşdü 1964-cü ildən Böyük Britaniya, 2016-cı ildən isə ABŞ vətəndaşıdır. 1989-cu ildən haqqında ölüm fətvası çıxarılan S.Rüşdini bu illər ərzində necə öldürə bilməyiblər, yaxud öldürmək istəməyiblər? İndiki situasiyada S.Rüşdiyə edilən sui-qəsdin həyata keçirilməsində İranın hansı hədəfləri ola bilərdi? S.Rüşdiyə edilən sui-qəsd İranın terrorçu portretini daha da zənginləşdirdi.

İranın ölüm fətvası Azərbaycanda...

- İranın din xadimi ayətullah Fazil Lənkərani (eyni zamanda, iki iranlı ayətullah - Morteza Bani Fazl və Mohsen Şabestari) 2006-cı ildə azərbaycanlı yazıçı-filosof Rafiq Tağının ölümü ilə bağlı fətva vermişdi və nəhayət 2011-ci il noyabrın 19-da o, bıçaqlanaraq qətlə yetirildi. Bunun ardınca F.Lənkəraninin oğlu Məhəmməd Cavad Lənkərani R.Tağını öldürən şəxsin “böyük mükafat”a layiq olduğunu bəyan etmişdi.

İranın Cinayət Məcəlləsinin 226-cı maddəsi qəsdən qətl hadisəsi törədənlərə bir çox hallarda bəraət qazandırır və bu maddədən əksər qatillər özünümüdafiə üçün istifadə edirlər. Qatil məhkəmədə qurbanları haqqında ölüm fətvası çıxarıldığını əsas gətirərək bəraət ala bilir.

İranın məşhur din xadimləri müxtəlif ölkələrdə yaşayan yazıçılar, şairlər, müğənnilər, repçilər, alimlər barədə indiyə qədər xeyli sayda ölüm fətvaları veriblər.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR