İspaniyadan 40 həkim Xankəndiyə niyə gəlir? - SƏBƏBLƏR
16 avqust, 2022 03:58
İspaniyadan olan həkimlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə qanunsuz səfərə hazırlaşır.
Azsiyaset.com xəbər verir ki, bu barədə separatçı-terrorçu rejimə bağlı “media” məlumat yayıb.
Məlumata görə, 40 ispan həkim 19-23 sentyabr tarixində Xankəndidə olacaq, plastik cərrahiyyə, uşaq cərrahiyyəsi və ümumi cərrahiyyə üzrə əməliyyatlar keçirəcək, eləcə də kordiologiya, urologiya və stomatologiya üzrə müayinələr aparacaq.
Qeyd edək ki, ispaniyalı həkimlərin planlaşdırılan səfəri qeyri-qanunidir.