Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR
18 avqust, 2022 00:38
Avqustun 18-də Laçında qanunsuz məskunlaşmış ermənilər işğal dövründə şəhər ərazisində qeyri-qanuni olaraq tikilmiş kilsələrində dini mərasimlərini keçirəcəklər.
Bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.
Məlumatı özünün "Facebook" səhifəsində qondarma "Kaşataq rayonu"nun keşişi Benyamin Saturyan paylaşıb.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarındakı bütün hayların dəvətli olduğu və saat 11:00-da başlanacaq mərasimi erməni kilsəsinin Qarabağ üzrə baş keşişi Vrtanes Abramyan aparacaq.
Xatırladaq ki, Laçındakı erməni kilsəsi 1996-1998-ci illərdə qanunsuz olaraq yerli sakin, Azərbaycan vətəndaşı Qubad İbrahimova məxsus evin yerində tikilib.