Rusiya qaz borusunu bağlayarsa, Almaniyada qaz neçə müddətə kifayət edəcək? - "Bloomberg" nəşri

19 avqust, 2022 00:01

Almaniya mavi yanacağa qənaət edilməsi ilə bağlı təcili tədbirlər görür.

Əgər Rusiya Avropaya qaz tədarükünü tamamilə dayandırarsa, Almaniyada qaz 3 aydan da az müddətə kifayət edəcək. 

Almaniyanın energetika sektorunu nizamlayan Federal şəbəkə agentliyinin prezidenti Klaus Müller buna əmindir.

Bu barədə Amerikanın "Bloomberg" nəşri məlumat yayıb.

Müllerin sözlərinə görə, noyabr ayına qaz ehtiyatlarının 95 faizədək doldurulması yaşayış sektoru, sənaye və energetika müəssisələrinin isitmə sisteminin tələbatını təxminən 2-2, 5 aya ödəmək mümkün olacaq. Hal-hazırda ehtiyatlar 77 faiz doldurulub.

Müller vurğulayıb ki, əgər Rusiya qaz tədarükünü indi dayandırarsa, Almaniyada isitmə sistemini, enerji təchizatını və sənayenin işini təmin etmək yalnız 1, 5-2 ay ərzində mümkün olacaq.

"Biz qaz saxlancı yerlərimizi əvvəlkinə nisbətən daha tez doldururuq. Lakin bu o demək deyil ki, arxayınlaşmaq olar. Əksinə, buna təkan kimi baxmaq lazımdır. Mən Almaniyada bütün saxlanc yerlərinin noyabradək hətta tələb və təklifin yaxşı şəraitində də 95 faiz doldurulacağını vəd edə bilmərəm", - Müller deyib.

Yaranmış vəziyyətlə bağlı Almaniya hakimiyyəti mavi yanacağa qənaət edilməsi üzrə təcili tədbirlər həyata keçirir- sənayeçilərə və əhaliyə mavi yanacağa qənaət etməyə çağırış edir, habelə onun istifadə edilməsinə vergi tətbiq edir.

Güman edilir ki, belə tədbirlər istehlakçıları yanacağın alternativ növlərinə keçməyə həvəsləndirəcək.

"Bloomberg" yazır ki, Rusiya qazının "Şimal axını-1" vasitəsilə tədarükü borunun keçirmə qabiliyyətinin cəmi 20 faizini təşkil edir.

Almaniya hakimiyyəti bunu Rusiyanın Almaniyaya qaz ixracını "istənilən zaman" dayandıra biləcəyinin əlaməti hesab edir.

Böhranın yumşaldılması üçün Almaniya daha çox sıxılmış qaz almağa başlayıb. Həmçinin nüvə reaktorlarının işindən mərhələli şəlildə çıxmaq planına yenidən baxılır. 

AES-də elektrik istehsalı ölkədə mavi yanacağa 3 faiz qənaət etməyə imkan verəcək. Bu zaman Almaniyaya qazın baş tədarükçüsü ölkəsi kimi  Rusiyadan Norveçə keçib. Əvvəllər Norveç Almaniya üçün qazın beşdə bir hissəsini tədarük edib, lakin bu il onun payına təxminən 30 faiz düşüb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR