Ukraynada konflikt nə vaxt və necə həll olunacaq? - Kissincer
ABŞ-ın keçmiş dövlət baş katibi Henti Kissincer Ukrayna konflikti barədə proqnoz açıqlayıb.
Onun fikrincə, münaqişə danışıqlarla bitəcək və ondan sonra vəziyyət radikal dəyişəcək: “Hesab edirəm ki, Rusiya nəticədə dövlət kimi qalacaq, Ukrayna da dövlət olaraq qalır. Amma Ukraynanı NATO silahlandırdığı üçün NATO ilə müəyyən əməkdaşlıq və münasibətlər qalacaq. Ukraynaya NATO-ya daxil olmaq təklifi kökündən səhv idi, amma bu səhv artıq oldu və keçmişdə qaldı. Əgər konflikt uzansa, onun I Dünya müharibəsinə bənzər vəziyyətə keçəcəyi və böyüyəcəyi riski var. Mən ümid edirəm ki, NATO dövlətləri bir-birilə danışıb, konkret nəticə üçün danışıqları sürətləndirəcəklər".
O, həmçinin bilirib ki, Qərb sonra Rusiya ilə münasibətləri yoluna qoymalıdır ki, o Avropanın bir hissəsi olaraq qalsın, Çinin tərəfdaşı müttəfiqi olmasın.