Ərdoğan Bəşər Əsədlə görüşə bilər - SƏBƏBLƏR...

23 avqust, 2022 10:39

Türkiyə və Suriya prezidentləri Tayyib Ərdoğan və Bəşər Əsəd sentyabrda Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində görüşə bilərlər.

Bu barədə İranın “Tasnim” xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Bundan əvvəl Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin onu sentyabrda Özbəkistanda keçiriləcək sammitə dəvət etdiyini bildirmişdi.

Agentlik yazır: "Rusiya prezidenti Ərdoğanı Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçiriləcək iclasında iştirak etməyə dəvət edib. Putin Əsəddən də bu görüşdə iştirak etməyi xahiş edib".

Agentliyin məlumatına görə, Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçək yaxın vaxtlarda siyasi-diplomatik nümayəndə heyətinin tərkibində Suriyaya gedəcək, orada prezident Bəşər Əsədlə görüşəcək və danışıqlar aparacaq.

"Alınan məlumata görə, Perinçeki bu səfərdə bir sıra keçmiş nazirlər və türk diplomatiyasının veteranları müşayiət edəcək və bu səfərlə bağlı Türkiyə rəsmilərinə hesabat təqdim olunacaq", - məlumatda deyilir.

Bu səfərin 12 nəfərlik xüsusi təyyarə ilə həyata keçiriləcəyi bildirilir. Səfər gerçəkləşsə bu, son 10 ildə (2011-ci ildən bəri birbaşa uçuşlar həyata keçirilmir) Türkiyə hava limanından Dəməşqə ilk uçuş olacaq.

“Bu səfərin diqqət mərkəzində münasibətlərin bərpası yolları, Suriyanın şimalında terrorizmə qarşı birgə mübarizə və qaçqınların geri qaytarılması olacaq. Həmçinin, alınan məlumatlara əsasən, əgər bu görüş müsbət olarsa və hesabat Dəməşqdə və Ankarada qəbul edilərsə, ola bilsin ki, iki ölkənin lideri Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçiriləcək iclası çərçivəsində bir-biri ilə görüşsün. Bu görüş sentyabrın son günlərində Özbəkistanda keçiriləcək”, - deyə agentlik bildirib..

“Türkiyə” qəzetinin köşə yazarı Fuat Uğur da Türkiyə və Suriya prezidentlərinin mümkün görüşü barədə məlumat verib, nəşr ölkə hökumətinə yaxınlığı ilə tanınır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR