"Payızda qiymətlər daha da artacaq, inflyasiya sürətlənəcək" - Ekspert

23 avqust, 2022 13:45

"Çörəyin və un məhsullarının bahalaşması gözlənilən idi. Hələ ilin əvvəlindən çörəyin bahalaşacağı proqnozlaşdırılmışdı".

Bunu bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, ən narahatedici məqamlardan biri də bahalaşma prosesinin bununla yekunlaşmayacağıdır. Payıza doğru ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində yenidən artım olacaq. İnflyasiya prosesi isə daha da sürətlənəcək.

E.Məmmədov bildirib ki, dünyada kəskin inflyasiya meyilləri mövcuddur:

"Bir tərəfdən dünya üzrə artan pul kütləsi, ehtiyat valyutaların dəyərdən düşməsi, digər tərəfdən istehsal və logistika, nəqliyyat zəncirlərinin sınması, aparıcı xammal və resurs ixracatçıların həyata keçirdiyi proteksionist tədbirlər, ixracata məhdudiyyətlərin tətbiqi, sanksiyalar siyasəti qiymət artımını labüd edir. Bu, qlobal bir proses kimi dəyərləndirilməlidir. Lakin eyni zamanda, ölkədə iqtisadi bloka aid ciddi suallar yaranıb. İqtisadi bloka ilk növbədə, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri aid edilməlidir".

Ekspert qeyd edib ki, bu gün biz hələ də buğda və digər strateji məhsullar üzrə idxaldan asılıyıq. İdxaldan asılılığın azaldılmasına çalışmaq lazımdır. Yerli istehsala və bu sahənin inkişafına üstünlük verilməlidir. Vəziyyətdən ən optimal çıxış yolu budur:

”Buğda minumum səviyyədə bazara çıxarılır. Azərbaycanda buğda və taxıl seqmentinin idxaldan asılılığının bu dərəcədə yüksək olması sahələrarası qeyri-tarazlığın mövcud olduğunu göstərir. Suvarma sistemində uzun onilliklər ərzində yaranmış ciddi problemlərlə bağlı müvafiq qərarlar verməliyik. Kənd təsərrüfatı sektorunda peşəkar idarəetməyə ehtiyac var. Nazirlər Kabinetinin əlaqələndirici rolu yüksəldilməlidir. Əks təqdirdə, uzun illər ərzində iqtisadi problemlər yaşana bilər. Hadisələrin gedişatı onu deməyə əsas verir ki, əsas ixracatçılar ixracla bağlı məhdudiyyətləri daha da çox sərtləşdirəcək. İdxaldan asılılıq bu səviyyədə qalacaqsa, biz problemlərin həllində çətinlik çəkəcəyik".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR